İDMAN


Qadın güləşçilərimiz dünya çempionatına hazırlığı davam etdirirlər

Bakı, 21 sentyabr, AZƏRTAC

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialda qadınlardan ibarət millimizin bir neçə üzvü də iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, hazırda yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Bakıda təlim-məşq toplanışı keçir.

Olimpiya Güləş Mərkəzində baş tutan məşqlər həftədə 6 dəfə olmaqla keçirilir. Məşqçilər korpusunun tərtib etdiyi proqrama əsasən, həftənin 3 günü gündəlik 2 məşq, digər 3 günündə isə 1 məşq reallaşır. Dünya çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı oktyabrın 2-dək davam edəcək.

Qeyd edək ki, Osloda qadın güləşçilərin mübarizəsi oktyabrın 4-7-də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.