İDMAN


Artyom Dzyuba Rusiya millisinin oktyabrda keçirəcəyi matçlarında oynamaqdan imtina edib

Bakı, 21 sentyabr, AZƏRTAC

"Zenit" klubunun futbolçusu Artyom Dzyuba Rusiya millisinin oktyabrda keçirəcəyi dünya çempionatının seçmə mərhələsinin matçlarında oynamaqdan imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu Rusiya mətbuatına açıqlamasında deyib.

Futbolçu optimal formasından uzaq olduğu üçün belə qərar qəbul etdiyini bildirib.

Qeyd edək ki, H qrupunda mübarizə aparan Rusiya millisi oktyabrın 8-də Slovakiyanı qəbul edəcək, 3 gün sonra isə Sloveniyanın qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.