İQTİSADİYYAT


® “Bakcell” və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

“Bakcell” şirkəti və “ASAN Könüllüləri” Təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib. Aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində “www.asanmektub.az” saytına məktub göndərən 24 nəfər uşağa “Bakcell” tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.

Uzunmüddətli tərəfdaşlıq sayəsində “Bakcell” və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, “Bakcell” şirkəti “ASAN Məktub” proqramına, həmçinin mobil rabitə dəstəyi göstərir.

“Bakcell” xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.