İDMAN
Gələn il ağırlıqqaldırma üzrə Avropa çempionatı Bolqarıstanda keçiriləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiya 2022-ci ildə keçiriləcək ağırlıqqaldırma üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bunu TASS informasiya agentliyinə Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsini icra edən Maksim Aqapitov bildirib.
O, qeyd edib ki, qitə çempionatının aprel ayında Sofiyada keçirilməsi planlaşdırılır. Yarışın dəqiq tarixi daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, sonuncu dəfə Sofiya bu turnirə 2005-ci ildə ev sahibliyi edib. Ümumilikdə isə Bolqarıstanın paytaxtında artıq beş dəfə Avropa çempionatı və bir dəfə dünya çempionatı (1986-cı ildə) keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
- 25.04.2024 [12:53]
Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq
- 25.04.2024 [11:58]