REGİONLAR


İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirib

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olub.

Faktaraşdırıcı missiya çərçivəsində qonaqlar əvvəlcə Tərtər şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilərək atəşə məruz qalmış yaşayış binaları və digər sosial obyektlərə baxış keçiriblər.

Nümayəndə heyəti zərərçəkmiş sakinlərlə görüşərək İkinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə məlumatlandırılıb.

Daha sonra İƏT MDİHK-ın nümayəndə heyəti insan tələfatına və mülki obyektlərin dağıdılmasına səbəb olmuş ağır artilleriya və raket hücumları ilə bağlı sübutlarla da yerində tanış olub.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.