ELM VƏ TƏHSİL


Yeni tədris ilinin başlanması ilə əlaqədar BDU-da tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı Dövlət Universitetində (BDU) tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin giriş qapılarında, həyətində, auditoriyalarda, sanitar qovşaqlarda, dəhlizlərdə, yataqxanalarda və s. COVID-19 infeksiyası ilə mübarizə üsullarını əks etdirən maarifləndirmə posterləri, nişan və göstəricilər yerləşdirilib. Giriş qapılarında, tədris binalarının, elmi-tədqiqat institutlarının və yataqxanaların xüsusi ayrılmış yerlərində avtomatlaşdırılmış hərarət ölçən və tibbi maskadan istifadə olunmasına nəzarət edən cihazlar quraşdırılıb.

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə riayət edilməsinə operativ nəzarətin təşkil edilməsi məqsədilə yaradılmış komissiya profilaktik tədbirlərin əks olunduğu daxili tədbirlər planına müvafiq olaraq, əyani (ənənəvi) formada tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair tələblərə əməl olunmasının təmin edilməsi üçün bütün zəruri tədbirlərin yerinə yetirilməsinə nəzarəti gücləndirib. 30 nömrəli poliklinikada COVID-19 infeksiyasına yoluxma şübhəsi olan tələbələrin təcrid olunması üçün iki xüsusi otaq ayrılıb, lazımi vəsait və avadanlıqlarla təchiz edilib. Poliklinikanın həkimləri mütəmadi olaraq COVID-19-la mübarizə məqsədilə tələbələr üçün maarifləndirici tədbirlər keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.