Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Cənub bölgəsində şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Astara, 27 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycanda haqq və ədalətin bərpa edildiyi günün - Vətən müharibəsinin başlanmasının birinci ildönümü tamam olur. 30 il idi ki, düşmən tapdağında olan torpaqlarımızın azad ediləcəyi günü səbirsizliklə gözləyirdik. Nəhayət ötən ilin payızında qisas günü yetişdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri təcavüzkar, işğalçı Ermənistan ordusunun uzun illər ərzində qurduğu istehkamları yarıb keçərək torpaqlarımızı qanları və canları bahasına işğaldan azad etdilər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə qeyd olunan 27 sentyabr - Anım Günündə ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsində də Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.

Astara şəhərində yeni salınmış “Şəhidlər” xatirə kompleksində Anım Gününə həsr olunmuş tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları abidə-kompleksinin önünə gül dəstələri düzərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində qeyd olunub ki, Azərbaycan xalqı şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər çaldı. Bu Qələbə ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Şəhidlərimizin qanı yerdə qalmadı.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Astara rayonundan 600-ə qədər gənc iştirak edib. Onlardan 41 nəfər şəhid olub, 138 nəfər yaralanıb. Ümumilikdə Birinci və İkinci Qarabağ müharibələrində Astaranın 124 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalıb.

Anım mərasimində qəhrəman şəhidlərimiz polkovnik-leytenant Nail Orucovun övladı İbrahim Oruczadə, Nurlan Rəhimovun övladı Əlövsət Rəhimli, Samiq Rəhmanovun övladları Aylin və Fədayə Rəhmanzadə bacılarının şəhidlər haqqında söylədiyi şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Vətən müharibəsinin şəhidi, mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova və qazi Coşqun Söhübzadə tədbirdə çıxış edərək, ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Milli Məclisin deputatı Rəşad Mahmudov şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək qayğı və problemləri ilə maraqlanıblar.

Həmin gün rayon rəhbərliyi Səncərədi kəndində şəhidlərin xatirə kompleksini ziyarət edib, Vətən müharibəsinin şəhidləri Qeybiyev Arif İsmail oğlu, Hüseynov Şahnur Şahin oğlu, Kazımov İlkin Xanməmməd oğlu və Ağayev Zülfi Ağalı oğlunun il mərasimlərinə qatılıblar.

Anım Günündə, həmçinin şəhər ərazisində 520 ədəd ağac əkilib, Astara park-bulvar kompleksində vətənpərvərlik marşlarının sədaları altında gənclərin yürüşü keçirilib. Astaradan olan 41 nəfər Vətən müharibəsi şəhidinin xatirəsinə səmaya 41 göyərçin buraxılıb.

Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X X X

Sentyabrın 27-də Lənkəran rayonunda da 44 günlük Vətən müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

Anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra istifadəyə verilən “Şəhidlər” abidə-kompleksi önündən başlayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatı Ziyafət Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbər işçiləri, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri şəhidlərin məzarları önünə tər çiçəklər düzərək xatirələrini ehtiramla yad ediblər.

Rayon rəhbərliyi şəhid ailələri ilə görüşüb, problemləri ilə maraqlanıb.

İcra başçısı döyüşlərin başladığı gündən hər bir lənkəranlının müsəlləh əsgərə çevrilərək Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməyə hazır olduğunu vurğulayıb və elə müharibənin ilk saatlarında yüzlərlə gəncin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə gələrək könüllü olaraq döyüş bölgəsinə göndərilmələrini təkidlə tələb etdiklərini xatırladıb. Döyüşə gedən lənkəranlı gənclərdən 66 nəfərin qəhrəmancasına həlak olduğunu, bir çoxunun yaralandığını qeyd edən T.Qaraşov onların şücaətinin hər bir gənc üçün misilsiz vətənsevərlik nümunəsi olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini söyləyib.

Şəhid ataları Kamran Kazımov, Layim Veysəlov, şəhidin həyat yoldaşı Rəna Bayramova, şəhid övladları Emiliya Qurbanova, Rüqəyya Quliyeva və başqaları çıxışlarında Vətən müharibəsində qəhrəmancasına həlak olan əzizləri ilə, eləcə də bütün şəhidlərimizlə qürur duyduqlarını bildiriblər. Onlar şəhidlərin Vətən qarşısında xidmətlərinin yüksək qiymətləndirilməsinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Anım tədbirində məktəblilərin ifasında Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Həmin gün rayonun məscid və ibadətgahlarda şəhidlərin ruhuna dualar oxunub, Şəhidlər xiyabanının ərazisində və Heydər Əliyev prospektində 1000-ə yaxın həmişəyaşıl ağac əkilib.

Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım günü ilə əlaqədar Lənkərandakı Heydər Əliyev Mərkəzində, Lənkəran Dövlət Universitetində, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində və müxtəlif təşkilatlarda silsilə tədbirlər davam etdirilib.

Eyni zamanda, Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi rəşadətli Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələri, əsgərlərimizin şücaətini, xalqımızın vətənpərvərlik qüdrətini vəsf edən “Zəfərin mübarək, Azərbaycan!” adlı audioçarx formatında ədəbi-bədii və musiqili kompozisiyanın təqdimatını keçirib.

Audioçarx səsgücləndirici qurğular vasitəsilə teatrda, Lənkəran şəhərinin Şəhidlər xiyabanında, şəhərin ayrı-ayrı ərazilərində səsləndirilib.

Teatrın aktyorlarının ifasında audiolentə alınmış “İgid əsgər, möhkəm dayan!”, “Əziz, doğma Şuşamız”, “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır”, “Müzəffər Ali Baş Komandan” və digər bu kimi başlıqlı şeirlər, mahnılar, musiqi nömrələri dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

X X X

Anım Günü ilə bağlı Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında da Vətən müharibəsinin başlanmasının birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Mərasimlərdə rayonun rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə "Mercedes" marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq