Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qafqaz Müsəlmanları İdarəsində Anım Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, bu günlərdə xalqımız öz tarixinin ən möhtəşəm həyəcanını və qürurunu – Zəfər yolunun başlanğıcı sayılan 27 sentyabr - Anım Gününü qeyd edib. 44 gün davam edən savaş düşmənin tam təslim olması ilə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi tarixə yazıldı. Noyabrın 8-də Ermənistanın 30 illik işğalçılıq siyasətinə son nöqtə qoyuldu. Azərbaycan öz əzəli torpaqlarında ulu öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi” adlandırdığı üçrəngli bayrağını ucaltdı. Biz fəxr edirik ki, bu Qələbənin müəllifi və sərkərdəsi Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə yazılan Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu 44 gün ərzində onun əzmi, qətiyyəti, mərdliyi, cəsarəti hər kəsə - Ordumuzun əsgərlərinə, xalqımızın övladlarına, dinindən və dilindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına unudulmaz anlar yaşatdı, Azərbaycanın dostlarına da, düşmənlərinə də siyasi Liderimizin qüdrətini, dəmir yumruq kimi birləşən xalq-dövlət birliyini nümayiş etdirdi. Bu mübarək günləri xalqımıza, bütün dindarlara yaşatdığı üçün Uca Yaradana şükr-səna edirik, çünki “Qurani-Kərim”də buyurulan ayeyi-şərif bizlərə nəsib oldu. Bizim üçün çox çətin və məsuliyyətli bir tarixi dönəmdə göstərilən qardaş sevgisi, uzadılan dost əli və arxalandığımız xalq dəstəyinə görə xüsusilə Türkiyə dövlətinə, haqq işimizi müdafiə edən qardaş və dost ölkələrə, bütün tərəqqipərvər ictimaiyyətə minnətdarlığımızı bildiririk. Bizi 27 Sentyabra aparan səbəblərin nə qədər ciddi həqiqətlər olduğunu dünya ictimaiyyəti yaxşı bilir. Otuz ildən çox müddətdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, Xocalı şəhərində mülki əhalinin qətliamı, milyondan çox soydaşımızın məcburi köçkün həyatı, zəbt olunmuş ərazilərimizdə məscid və qəbiristanlıqların məhv edilməsi və sırası bitməyən erməni terror təxribatları sonunda layiqli cavabını almalı idi. Qarabağ bölgəsindəki yarıdağılmış məscidlərdə haram buyurulan heyvanların saxlanılması, qəbirlərdən cəsədlərin sümüklərinin oğurlanması, viran qalmış evlər, yandırılmış meşələr, minalanmış ərazilər - erməni vandalizmini sözlə ifadə etmək yetməz, bunu biz Ağdama və Şuşaya səfərlərimiz zamanı görmüşük. Üstəlik, Ermənistan silahlı qüvvələri qadağan olunmuş silah və bombalarla təmas xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Xızı şəhərlərini atəşə tutur, yüzlərlə günahsız insanın, uşaq, qadın və qocaların ölümünə səbəb olur, mülki məntəqələrə zərbələr endirirdi. Bu cinayətlərinə görə Allahın izni ilə 27 sentyabrdan başlanan və 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan Ordusunun şanlı Zəfəri kimi tarixə yazılmalı idi. Müxtəlif xalqlara mənsub olan Azərbaycan vətəndaşları – ruslar, yəhudilər və digər xalqların nümayəndələri Allah yolunda, Vətənin azadlığı uğrunda canlarını fəda etdilər. Onların hər birinin boynumuzda haqları vardır, bu gün bizim bura cəm olmağımızın da əsas səbəbi Vətən uğrunda şəhid olanlarımızı rəhmət duaları ilə yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-Təaladan şəfaət və səadət diləməkdir.

QMİ sədri qeyd edib ki, bu günlər həm də İslam tarixində şəhidlik məktəbinin ali nümayəndəsi İmam Hüseyn əleyhissalamın vəfatının, Kərbəla şəhidlərinin Ərbəin təziyələri günləridir. Şəhidlərimizin anım günlərinin belə bir tarixə təsadüf etməsinin özündə də bir hikmət vardır. Bizim əqidəmizə görə, şəhidlik məqamına ucalan şəxslər həm Allahın razılığını, həm də Rəsullulahın (s) məhəbbətini qazanan bəxtiyar insanlardır, çünki şəhadətləri ilə Haqqın zəfərinə, mənəvi qələbəyə nail olublar. Şəhadət Azərbaycanın milli azadlıq tarixinin əsasını təşkil edir. Şəhidlik məqamının ucalığını yaxşı dərk edən Azərbaycan dövləti şəhidlərə hər zaman böyük dəyər verir. Prezident İlham Əliyevin şəhidlərə yüksək fəxri adlar verməsi, həmçinin Prezidentimizin silahdaşı, siyasi və ictimai xadim, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə, yaralı hərbçilərə maddi-mənəvi dəstəyi, sosial yardım proqramlarına rəhbərliyi vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır. Dövlətimizin başçısının bu günlərdə təməlini qoyduğu möhtəşəm Vətən müharibəsi Memorial kompleksi və Zəfər muzeyi qəhrəman şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə layiqli töhfə və dəyərli abidədir.

Qeyd etmək istərdim ki, Birinci və İkinci Qarabağ savaşlarında Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri, qazıları, imamları, hətta sıravi işçiləri də iştirak ediblər. Şəhidlik məqamına yüksələnlər sırasında çoxlu sayda dindarlarımız, Quran hafizlərimiz, İslam kolleclərinin tələbələri vardır. Bu müddətdə din xadimlərimiz müharibənin ən yaralı, ən ağır işlərini – şəhidlərin dəfn xidmətini ləyaqətlə yerinə yetiriblər, şəhid ailələrinə mənəvi dəstək olublar və mən bu əvəzedilməz zəhmətlərinə görə onlara Allahdan əcr diləyirəm.

“Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə, səlahiyyətli nümayəndələrinə, qazı və imamlara müvafiq tapşırıqlarını verir. 8 Noyabr – Zəfər gününədək ölkəmizin bütün məscidlərində əziz şəhidlərimizin xatirəsi yüksək ehtiramla yad edilməli, mübarək ruhları anılmalı, Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə tezliklə şəfaət dilənməlidir. Bu dövr ərzində 44 günlük Vətən müharibəmizdə Müzəffər Ali Baş Komandanımızın qalib siyasi iradəsi, mahir sərkərdəliyi ilə, xalq-dövlət, xalq-ordu birliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin qazandığı misilsiz Zəfər, tarixi Qələbə, qəhrəman şəhidlərimizin igidliyi, cəsur əsgər və zabitlərimizin yenilməz əzmi təbliğ edilməli və gənc nəslə örnək olaraq təşviq olunmalıdır, vətənpərvərlik, Vətən sevgisi, müqəddəs Vətən torpağına bağlılıq mövzusunda xütbələr oxunmalı, moizələr edilməlidir. Şəhidliyə yüksəlmiş Vətən övladlarının unudulmaz xatirələri onların uca məqamına layiqli şəkildə yad edilməli, şəhid ailələri diqqət və qayğı ilə əhatə olunmalıdır.

Bu gün biz gələcəyə böyük inam və ümidlə baxırıq. Bu ruh yüksəkliyinin əsas mənbəyi dövlətimizin başçısı İlham Əliyevin tutduğu prinsipial və qətiyyətli mövqedir. Məhz bu mövqe nəticəsində ordumuz işğala son qoymuş və düşmən qarşısında misilsiz üstünlük əldə edib. Qələbə daim dindarlarımızın dualarında olmuşdur. Bu Qələbəni bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, biz onların Allahın cənnətinə, Peyğəmbərin məqamına yüksələn övladları ilə daim fəxr edirik, qürur duyuruq. Çünki Kitabımızda buyurulduğu kimi, “Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur” (Ali-İmran, 169). Allah Azərbaycanımızı qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun”, - deyə şeyxülislam Allahşükür Paşazadə qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti Salman Musayev deyib ki, 44 günlük Vətən müharibəsində böyük Qələbə qazanmışıq. Lakin düşmən yenə də susmur, azad etdiyimiz torpaqları “öz ərazilərinin işğalı kimi” qələmə verməyə çalışırlar. Buna görə, biz bu məsələni daim diqqətdə saxlamalı, bu sahədə də öz mübarizəmizi davam etdirməliyik. Beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmalıyıq.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, ermənilər bütün dünyaya Azərbaycanla bağlı yalan məlumatlar yaymağa çalışırdılar. Biz 44 günlük mübarizədə təkcə torpaqlarımızı azad etmədik. Biz, eyni zamanda, bütün dünyaya göstərdik ki, döyüşkən xalq necə olur. Biz bütün dünyaya sübut etdik ki, Vətənimiz üçün canımızdan da keçməyi bacarırıq. Ermənilər bütün dünyaya bizim imanlı xalq olmadığımızla bağlı yanlış məlumatlar yaymağa çalışırdılar. Lakin 44 günlük mübarizədə çox sayda dindarımız şəhid ailələri ilə birgə oldular, onların dərdinə şərik çıxdılar. Onlar bu mübarizədə təkcə dindar olmadılar, həmçinin Vətən övladı oldular. Din xadimlərimiz necə ki, daim dövlətimizin yanında olublar, əminəm ki, bu, bundan sonra da davam edəcək.

Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və digər çıxış edənlər şəhidliyin ən uca zirvə olduğunu bildiriblər. Qeyd edilib ki, belə ucalığa yüksələn, bu şərəfli adı daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaq. Vətənimizin müstəqilliyi, işğal altında olan torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Azərbaycan xalqı Qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha sübut etdi. Şəhidlər ölməz, unudulmazlar. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ürəklərdə daim yaşayırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP-29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb