REGİONLAR
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşı doktorantura təhsilini Avropada davam etdirəcək

Bakı, 6 oktyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının gənc müəllimi Samirə Əhmədova Erasmus+ proqramı çərçivəsində Sloveniyanın Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmək imkanı qazanıb.
Universtetdən AZƏRTAC-a bildiriblər ki, cari ilin sentyabr ayından etibarən Sloveniyaya yola düşən S.Əhmədova altı ay müddətində sözügedən universitetdə tədris və elmi-tədqiqat prosesində iştirak edəcək.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik potensialın gücləndirilməsi və elmi-pedaqoji sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məqsədilə gənc əməkdaşların aparıcı yerli və xarici universitetlərdə doktorantura təhsili almasına xüsusi önəm verilir və bu məqsədlə bütün zəruri dəstək tədbirləri həyata keçirilir.