CƏMİYYƏT


18 il əvvəl qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 9 avqust, AZƏRTAC

Xəbər verildiyi kimi, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə, daha sonra isə mənzildə olan 600 ABŞ dolları məbləğində pulu götürüb ələ keçirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Fərid Məmmədli və Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədilə adam öldürmə) və digər maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.