CƏMİYYƏT


18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər davam edir

Bakı, 28 yanvar, AZƏRTAC

18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər təşkil edilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın sədri İslam Muradov çıxış edərək fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində MSK-nın müvafiq təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlər barədə məlumat verib. O qeyd edib ki, bu təlimlər seçkilərin şəffaf və qanunamüvafiq təşkili baxımından önəm daşıyır. Burada seçkilərə hazırlığın gedişi haqqında ətraflı məlumat verilir. Dairədə Milli Məclisə seçkilərə hazırlıq işləri uğurla aparılır. Treninqlərdə seçkiöncəsi, seçki günü və seçkidən sonra görüləcək işlər haqqında məntəqə seçki komissiyalarının üzvləri maarifləndirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilib. Bütün məntəqələr lazımi texniki avadanlıqla və məlumat kitabçaları ilə təchiz edilib. Məntəqələr üzrə seçicilərə bildirişlər paylanılır. Şəffaflığın təmin olunması məqsədilə bəzi məntəqələrdə veb-kameralar quraşdırılıb.

Tədbirdə seçkilərə hazırlıq, onun keçirilməsi, səslərin hesablanması prosesi, onlara hazırlıq və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən də bəhs olunub. Həmçinin iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması barədə məlumat verilib.

Sonra müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda hər bir məntəqə seçki komissiyası üzvünə yaxından tanışlıq və təlimlərdə istifadə etmək məqsədilə MSK tərəfindən hazırlanan səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.