REGİONLAR


Ağsuda payızlıq taxıl əkilir

Ağsu, 18 oktyabr, AZƏRTAC

Ağsu rayonunda taxılçılıqla məşğul olan fermerlər və fiziki şəxslər ciddi hazırlıqdan sonra payızlıq taxıl əkininə start veriblər.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, hazırda taxıl əkini əsasən şimal dağlıq ərazilərdə aparılır. Bu mühüm kampaniyaya 40-ı səpin aqreqatı olmaqla, 110-dan çox texnika hazırlanıb. Qısa vaxtda 430 hektarda səpin aparılıb. Əkinə Kalva, Nuran, Gəgəli, Ərəbuşağı və bir sıra digər ərazi dairələrində daha mütəşəkkilliklə başlanılıb.

Qeyd edək ki, gələn ilin məhsulu üçün Ağsu rayonunda 34,5 min hektarda payızlıq taxıl əkini gözlənilir. Artıq 20 min hektarda şum çıxarılıb və bu iş sürətlə davam etdirilir. Torpağın əkin üçün hazırlanması və səpinin yüksək aqrotexniki qaydada həyata keçirilməsi diqqət mərkəzindədir. Əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.