DÜNYA


Perm şəhərində şagird məktəbdə odlu silahdan atəş açıb

Moskva, 18 oktyabr, AZƏRTAC

Rusiyanın Perm vilayətində 12 yaşlı şagird məktəbdə odlu silahdan atəş açıb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində zərər çəkən olmayıb. İnsident Perm vilayətinin Sars qəsəbəsində baş verib.

Şagird özü ilə gətirdiyi odlu silahdan iki dəfə atəş açıb. Məktəbin direktorunun yeniyetmə ilə söhbətindən sonra o, silahı yerə qoyub. Məlum olub ki, oğlan silahı ovçuluqla məşğul olan atasının seyfindən götürüb.

Hadisənin səbəbləri araşdırılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.