SİYASƏT


Qətər ilə Azərbaycan arasında ikitərəfli və beynəlxalq platformalarda faydalı əməkdaşlıq mövcuddur

Bakı, 18 oktyabr, AZƏRTAC

Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli beynəlxalq platformalarda faydalı əməkdaşlıq mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə keçirdiyi birgə brifinqdə səsləndirilib.

Qeyd olunub ki, bu səfər iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafına müsbət təsir göstərəcək.

Görüş zamanı iqtisadi, investisiya, ticarət əlaqələri, alternativ enerji sahəsində əməkdaşlığın inkişafı, işğaldan azad edilmiş ərazilərə Qətər Dövlətindən olan investorların cəlb edilməsi məsələsi də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.