SİYASƏT


Ceyhun Bayramov: Azərbaycan münasibətlərin sivil qaydada normallaşmasına tərəfdardır

Bakı, 18 oktyabr, AZƏRTAC

Son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən pozitiv mesajlar verilsə də, biz əməli addımları görə bilmirik. Qarşıdakı vaxtlarda əməli istiqamətdə addımları görəcəyimizə ümid edirik.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə keçirdiyi birgə brifinqdə səsləndirib.

Nazir C.Bayramov Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, ölkəmizin sivil qaydada münasibətlərin normallaşmasına tərəfdar olduğunu diqqətə çatdırıb.

Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasının tez başlanmasının və onun həllinin vacibliyini qeyd edən C.Bayramov vurğulayıb: “Biz bu istiqamətdə gedən prosesləri izləyirik. Atılan müsbət addımlara müsbət cavab verəcəyik. Revanşist çağırışlar edən, bu istiqamətdə fikirlər söyləyən qüvvələrə tövsiyəmiz odur ki, yanlış istiqamətdə getməsinlər, çünki bu çıxışlar yaxşı nəticə vəd etmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.