REGİONLAR


Mingəçevir Dövlət Universiteti “Tələbə mediası” layihəsində təmsil olunur

Bakı, 19 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində İqtisadi və Sosial İnkişaf Mərkəzi, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Tələbə mediası” layihəsində iştirak edir.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində oktyabrın 15-17-də MDU-nun tələbələri üçün 3 günlük təlimlər keçirilib.

Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infoqrafik hazırlamaq və digər məsələləri əhatə edib. Bildirilib ki, hazırda davam etməkdə olan layihə çərçivəsində noyabrın 1-4-də Almaniya ali məktəblərində tələbə həyatı, tələbə qurumları, onların mediası ilə yaxından tanışlıq məqsədilə 4 günlük onlayn səfər, 22-26 noyabr tarixlərində isə tələbələr üçün Bakıda 5 günlük tədbir nəzərdə tutulur. Tədbirdə sosial media menecmenti, redaksiya menecmentinin əsasları və s. kimi məsələlərlə tanışlıq olacaq, birlikdə onlayn tələbə mediası yaradılacaq.

Təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcək.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.