REGİONLAR


Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı ilə İnkişaf Zamanı Proqramı çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbəsi Nadir Hüseynovun təşəbbüsü əsasında Qusar rayonunda “Qəlb gözü” layihəsi reallaşdırılıb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, layihə başlamazdan əvvəl Qusar gəncləri ilə motivasiya xarakterli görüş keçirilib. Görüşdə Quba regional “ASAN xidmət” Mərkəzinin Könüllülər üzrə məsul şəxs və Karyera məsləhətçisi Vəfa Rüstəmova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin direktoru Zarina Apayeva, MDU-nun tələbəsi, “Eco-Generation Regional Ambassador” proqramının Azərbaycan üzrə gənc səfiri N.Hüseynov gənclərlə motivasiyaedici söhbətlər aparıblar.

“Qəlb gözü” layihəsində iştirak edən gənclər yaşadıqları mühitlərdə yaradılmış imkanlardan daha çox məlumatlı olmaları və faydalanmaları, dəyərli vaxtlarının fərqinə vararaq şəxsi inkişafları ilə bağlı araşdırma və cəhd etmələri üçün istiqamətləndirilib, öz məqsədlərini və arzularını paylaşıblar.

Görüş interaktiv şəkildə həyata keçirilib və gənclərin marağına səbəb olub.

Sonda isə iştirakçılar sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.