REGİONLAR
Balakəndə voleybol üzrə rayon birinciliyində 16 komanda mübarizə aparıb
Balakən, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oktyabrın 22-də Balakən rayonunda Zəfər gününə həsr olunmuş voleybol üzrə oğlanlardan ibarət məktəb komandaları arasında rayon birinciliyinə yekun vurulub. Hənifə kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 16 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yarışın yekun nəticələrinə əsasən, Şərif kənd 1 saylı tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Qazma və Meşəşambul kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Birinciliyin qalibləri diplomlarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]