DÜNYA


ABŞ-da pandemiya dövründə odlu silahdan istifadə etməklə zorakılıq halları 30 faiz artıb

Vaşinqton, 22 oktyabr, AZƏRTAC

Nəticələri “Scientific Reports” jurnalında dərc edilmiş tədqiqata görə, COVID-19 pandemiyasının şiddətləndiyi dövrdə Birləşmiş Ştatlarda odlu silahdan istifadə edilməsi hallarının sayı virusun yayılmasından əvvəlki dövrlə müqayisədə 30 faiz artıb.

AZƏRTAC xəbər verir ki, həmin tədqiqata görə, 2019-cu il fevralın 1-dən bu il martın 31-nə qədər olan müddətdə odlu silahdan istifadə nəticəsində yaralanma və ya ölüm hallarının sayı təqribən 93 minə bərabər olub. 2020-ci il martın 1-dən bu il martın 31-nə qədər, yəni COVID-19-a yoluxmuş şəxslərin sayının kəskin artdığı dövrdə 51 mindən çox hadisə baş verib. Tədqiqatçıların sözlərinə görə, bu, 2019-cu il fevralın 1-dən keçən il fevralın 29-na qədər olan dövrlə müqayisədə 31 faiz çoxdur. Həmin dövrdə odlu silahdan istifadə edilməklə bağlı zorakılıq faktlarının sayı 39 mindən bir qədər az olub.

Tədqiqatçıların fikrincə, odlu silah tətbiq edilməklə zorakılığın artması virusun yayılmasının məhdudlaşdırılmasına yönəlmiş sosial məsafə tədbirləri, həyəcan və depressiya səviyyəsinin artması, o cümlədən məktəblərin və müəssisələrin bağlanması ilə izah edilə bilər.

Analitiklər bu araşdırma çərçivəsində bütün 50 ştatda və Kolumbiya dairəsində 2019-cu il fevralın 1-dən bu il martın 31-nə qədər olan dövrdə pandemiyanın potensial nəticələrini qiymətləndirmək üçün odlu silahla bağlı zədələnmə və ölüm hallarının statistikasını öyrəniblər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.