İDMAN


Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün Gürcüstan millisinin heyəti açıqlanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Noyabrın 5-7-də Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri üçün Gürcüstan komandası heyətini açıqlayıb. Bakıya gələcək yığmalar arasında ən güclü heyətlərdən biri də Gürcüstan komandası olacaq.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda qonşu ölkəni yalnız kişilərdən ibarət komanda təmsil edəcək. Yığmanın heyətində 12 cüdoçu mübarizə aparacaq. Onların arasında Tokio Olimpiadasının qalibi Laşa Bekauri (90 kq), gümüş medalçıları Luxumi Çxvimiani (60 kq), Vazha Margvelaşvili (66 kq), eləcə də Laşa Havdatuaşvili (73 kq), Guram Tuşişvili (+100 kq), eləcə də, bir sıra nüfuzlu beynəlxalq yarışların qalib və mükafatçıları yer alıblar.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Qeyd edək ki, Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində indiyədək 26 ölkədən 144 cüdoçu iştirakını təsdiqləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.