İDMAN
“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir
Bakı, 22 oktyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Hesabında 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
Siyahıda “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var.
Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda səfərdə “Kayrat” ilə qarşılaşacaq. Oyun noyabrın 4-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]