REGİONLAR


Arıçılara subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılıb, 12 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Dörd arıçılıq təsərrüfatının yaradılması, bir arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təsərrüfat subyektlərinə 2021-ci ilin yanvar-sentyabr aylarında 437 min 900 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 2,9 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi bu sahəyə marağı daha da artırıb.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilib. Cari ilin ötən dövründə Şərur rayonunun Şəhriyar, Babək rayonunun Araz, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.