ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

Bakı, 22 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Liviyada keçirilən IV Beynəlxalq Afrika elm, texnologiya və sosial elmlərdə cari tədqiqatlar konfransında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa onlayn qoşulan X.Ələkbərova misirli yazar “Məhəmməd Yusuf Əl-Quayyidin əsərlərində müharibə reallıqları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müharibə dəhşətlərinin ədəbiyyatda real inikası məsələlərinə toxunulub, pərdə arxasında həmişə böyük dövlətlərin maraqlarının durduğu, bunun fəsadlarından isə günahsız xalqın əziyyət çəkdiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.