DÜNYA


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Tacikistandakı təlimləri başa çatıb

Düşənbə, 24 oktyabr, AZƏRTAC

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin silahlı qüvvələri eyni vaxtda Tacikistanda “Eşelon-2021”, “Axtarış-2021” və “Qarşılıqlı fəaliyyət-2021” adlı üç operativ təlim keçirib.

AZƏRTAC Tacikistan mətbuatına istinadla xəbər verir ki, “Momirak” və “Xarbmaydon” poliqonlarında keçirilən təlimlərə 4 min hərbçi, 500 texnika, o cümlədən 20 Su-24MP və SU-24 hərbi təyyarələri, 20 Mİ-8MTB və Mİ-24 helikopterləri, 15 pilotsuz uçuş aparatı cəlb olunub.

Təlimlərdə sərhədlərin təhlükəsizliyinin qorunması ilə bağlı şərti düşmənin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.