DÜNYA


Estoniyada da koronavirus qurbanlarının sayı artıb

Tallin, 24 oktyabr, AZƏRTAC

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 180 min 252-yə çatıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 1 milyon 562 min 610 nəfər müayinə olunub.


Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 8 min 993 nəfərdən götürülən testlərin 1643-nin nəticəsi müsbət çıxıb.


Ölkədə ümumilikdə COVID-19-dan 1454 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 159 min 254 nəfər təşkil edir.


Əhalisinin ümumi sayı Azərbaycanla nisbətdə 8 dəfə az olan Estoniyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Estoniya hökuməti koronavirusa yeni yoluxma hallarının artacağını və əhalini sanitar normalara riayət etməyə çağırıb.


Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.