REGİONLAR
Naxçıvanda POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 33,6 faiz artıb
Naxçıvan, 28 oktyabr, AZƏRTAC
Bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasında və makroiqtisadi sabitliyin qorunmasında bank sistemi mühüm rol oynayır. 1 oktyabr 2021-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 179571-ə çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bunun da 168032-si və ya 93,6 faizi aktiv hesablardır. 2021-ci ilin yanvar-sentyabr aylarında açılmış 34121 bank hesabının 34081-i aktiv hesablar olub.
2021-ci il 1 oktyabr tarixinə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1502-yə çatdırılıb. 2021-ci ilin yanvar-sentyabr aylarında internet və POS-terminallar vasitəsilə həyata keçirilən nağdsız ödənişlər 85 milyon 860 min 778 manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 33,6 faiz çoxdur.