Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

1922-ci ildən Tbilisi şəhərində nəşr olunan “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində Sizin qələbəniz bütün dünya azərbaycanlıları kimi, Gürcüstan azərbaycanlılarının da böyük sevincinə səbəb olub. Sizin – ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısının rəhbərliyi ilə ölkədə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmış, bölgədə liderlik mövqeyi daha da güclənmiş və xalqımız sabitliyin, təhlükəsizliyin tam təminatçısı olan milli liderinə yenidən etimad göstərmişdir.

Cənab Prezident, Sizi inamlı qələbəniz münasibətilə təbrik edir, doğma Azərbaycanımızın rifahı, xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda Sizə böyük uğurlar diləyirik.

Əminik ki, Ulu Öndərin siyasi kursuna sədaqət Sizə həmişə uğur, qələbə gətirəcək, Azərbaycan bundan sonra da inkişaf edəcək, xalqımız öz lideri ilə daha xoşbəxt günlərini yaşayacaqdır!

Hörmətlə,

 

İslam Əliyev

1922-ci ildən Tbilisi şəhərində nəşr olunan

“Gürcüstan” qəzetinin baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin