QAN YADDAŞI


Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir

Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 23 il ötür. Faciə qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələnlərdən biri də paytaxt sakini, jurnalist Müşfiq Borçalıdır.

AZƏRTAC-a müsahibəsində M.Borçalı demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə milli azadlıq hərəkatını boğmaq məqsədi ilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutmuşdur. Yüzlərlə insan şəhid olmuş və yaralanmışdır. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı böyük qürur hissi doğurur. O vaxtdan Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilmişdir. Mən də soydaşlarımız kimi hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.