İDMAN


Yığmamızın çıxış edəcəyi Avropa çempionatının oyunlarına bilet satışına başlanılıb

Bakı, 28 noyabr, AZƏRTAC

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet satışına başlanılıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbət verir ki,millimizin də iştirakçısı olacağı qrup oyunlarını izləmək istəyənlər 15 avrolarından keçəcəklər. Elə dörddəbir final görüşlərinin qiyməti də bu qədərdir. Yarımfinal matçlarına biletlərin satış qiyməti 20 avro, final və 3-cü yer uğrunda qarşılaşmanın dəyəri isə 25 avrodur.

Qeyd edək ki, D qrupunda yer alan millimiz yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya,ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Komandamız qrupdakı ilk iki oyunu Qroningendəki “Martina Plaza”da, son matçını isə Amsterdamdakı “Ziggo Dome”də keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.