Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Könüllü gənclərimizin vətənpərvərlik nümunəsi – Vətən müharibəsi şəhidi Səmural Fətəliyev

Bakı, 5 dekabr, AZƏRTAC

Səmural xalqına, Vətəninə fayda vermək məqsədilə ilk fəaliyyətinə könüllü kimi başladı. Könüllülüyün prinsiplərinə sadiq qalaraq vəzifəsinin öhdəsindən layiqincə gəldi. Onun könüllü kimi son sınağı Vətən müharibəsi oldu. Bu dəfə missiyasını hər zamankından da yüksək səviyyədə tamamladı. Ən uca məqamı - şəhidlik zirvəsini fəth edərək adını tarixə yazdırmağı bacardı.

Şəhidin qardaşı Təhməz Fətəliyev AZƏRTAC-a müsahibəsində qardaşı haqqında böyük qürurla danışır. Nə vaxt Səmuralın adı çəkilirsə, kədərdən daha çox fəxarət hiss etdiyini və qardaşı barəsində danışmaqdan yorulmadığını bildirir: “Biz iki qardaş idik. Səmural məndən üç yaş böyük idi. O, hər işi təmənnasız görməkdən, Vətənə, millətə faydalı olmaqdan zövq alırdı. Könüllülük fəaliyyətini də böyük şövqlə yerinə yetirirdi. Tale elə gətirdi ki, həqiqi hərbi xidməti Səmuralla bir yerdə keçdim. Orada da necə tələbkar və məsuliyyətli olduğuna şahidlik etdim. Bir işin ki, içində Vətəni müdafiə, Vətənə xidmət var idisə, Səmural hər zaman əlindən gələnin ən yaxşısını etməyə, belə işlərdə daim öndə olmağa çalışırdı. Ötən il Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər hərbçilərimizin şəhid olmaları hamımızı dərindən sarsıtmışdı. Lakin Səmural bundan hədsiz hiddətlənmişdi. Onsuz da düşmənin xalqımızın başına gətirdiyi müsibətlərə görə onun qəzəbi dolub-daşırdı. Bu hadisə isə onda intiqam hissini daha da alovlandırdı. Həmin vaxt minlərlə gənc ön cəbhəyə getməyə can atır, könüllü qeydiyyatdan keçirdi. Səmural da bizdən xəbərsiz adını siyahıya yazdıranlar sırasında olub. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Səmural ilk gündən döyüş meydanına atılanlardan idi. Müharibəyə gedən günü onun videosunu çəkmişdim. Sevinə-sevinə gedirdi. Gedərkən vidalaşırmış kimi əlini yellədi və bu, bizim sonuncu görüşümüz oldu...”.

Səmuralın kəşfiyyat bölüyünün qrup komandiri kimi, Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyini, çətin tapşırıqların öhdəsindən məharətlə gəldiyini vurğulayan Təhməz Fətəliyev bildirib: “Onunla mütəmadi qaydada əlaqə yarada bilirdik. Zəng vura bilməyəndə mesaj yazır, yaxşı olduğunu bildirirdi. Hər dəfə danışanda da deyirdi: “Narahat olmayın, əksinə, sevinin. Biz irəliləyirik. Həm qisasımızı, həm də torpaqlarımızı alırıq”. Onunla sonuncu danışığımız oktyabrın 4-də oldu. Onda da yenə qələbə sevincini bizimlə bölüşdü. Ondan bir gün əvvəl Suqovuşan, həmin gün isə Cəbrayıl azad edilmişdi. Yenə də narahat olmamağımızı tapşırıb sağollaşdı. Bundan sonra Səmuraldan nə zəng, nə də mesaj gəlmədi. Narahat olmağa başladıq. Oktyabrın 8-də bizə Səmuralın şəhid olması xəbəri verildi. Bizimlə sonuncu danışığının ertəsi günü şəhid olmuşdu. Qardaşım Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı ağır artilleriya atəşinə məruz qalaraq şəhadətə yüksəlib. Oktyabrın 9-da Səmuralı kəndimizdə dəfn etdik”.

Qardaş itkisi ifadə edilməyəcək qədər ağırdır. Səmural kimi cəsur, vətənpərvər qardaş itkisinin ağırlığından danışan Təhməz Vəliyev bildirib: “Səmural təkcə qardaşım deyil, dostum, sirdaşım, arxa-dayağım idi. O qədər cəsarətli, ürəyitəmiz, məsuliyyətli idi ki, Səmuralı tanıyan hər kəs onun itkisinə üzülməklə yanaşı, həm də onunla fəxr edirlər. Təsəllimiz torpaqlarımızın, xüsusilə də qardaşımın şəhid olduğu Füzulinin azad edilməsidir. Çox istərdim ki, qardaşımın uğrunda son damla qanına qədər döyüşdüyü, şəhid olduğu ərazilərə gedim. Evimizin girəcəyində qardaşımın xatirə guşəsini hazırlamışam. Evə daxil olanda bizi sanki Səmural qarşılayır. O, hər zaman bizimlə olacaq. Bu il Quba rayonunun Əlibəyqışlaq kəndinin sakinləri Səmural və kəndin digər şəhidlərin xatirəsinə park salıblar. Parkın açılışı qardaşımın doğum günündə - martın 13-də keçirildi. Qardaşım və ümumiyyətlə bütün şəhidlərimizin xatirəsini əziz tutan, onlara hörmət edən hər kəsə minnətdaram. Xalqımızın şəhidlərə, qazilərə ehtiramı, şəhid ailələrinə göstərilən dəstək bizim üçün təsəllidir. Səmural böyük qardaş kimi nəinki mənim üçün, yetişən nəsil üçün də vətənpərvərlik, şərəf nümunəsidir. Amalı Vətənə xidmət olan Səmural elə Vətən yolunda da canından keçdi. Həyatımın sonuna kimi qardaşımı örnək alıb yaşayacaq, onun ləyaqətli həyat yolunu gələcək nəsillərə aşılayacağam. Mən Səmuralı son nəfəsimə kimi yaşadacağam”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Səmural Ayaz oğlu Fətəliyev 1997-ci il martın 13-də Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Kiçik yaşlarından taekvondo ilə məşğul olan Səmural 6 yaşında ikən Qusarda keçirilən yarışda üçüncü yeri tutub. 2003-2012-ci illərdə Quba rayon Əlibəyqışlaq kənd Musa Qonaqov adına tam orta məktəbdə, 2012-2014-cü illərdə Quba rayon Azad Məmmədov adına 2 saylı liseydə təhsil alıb. Səmural 2014-2018-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisad fakültəsinin “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə ali təhsil alıb.

Səmural könüllülük fəaliyyətinə hələ tələbə ikən, yəni, 2016-cı ilin sonlarından başlayıb. Belə ki, o, 2016-cı il dekabrın 20-dən 2017-ci ilin fevralın 20-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində könüllü kimi fəaliyyət göstərib. Fəaliyyətinin nəticəsi olaraq 99,44 bal toplayıb, müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilib. Bundan əlavə, o, 2017-ci ildə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında da könüllü olaraq fəaliyyət göstərib.

Səmural 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət edən Səmural xidməti dövründə fərqləndiyi üçün manqa komandiri təyin olunub. Hərbi xidmətini fəxri fərmanlar və fərqlənmə ilə başa vurub. 2019-cu ilin oktyabr ayında SOCAR-ın Təhlükəsizlik İdarəsində əmək fəaliyyətinə başlayıb.

Vətən müharibəsi başlayanda Səmural ön cəbhəyə yollanıb, kəşfiyyat bölüyü ilə birlikdə Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də kəşfiyyat bölüyü Füzuli rayonunun Yuxarı Seyidəhmədli və Qorqan kəndləri arasında düşmənin ağır artilleriya atəşinə məruz qalıb. Qızğın döyüş zamanı Səmural və bir neçə silahdaşı qəhrəmancasına şəhid olub. Vətən müharibəsi şəhidi Səmural Fətəliyev 2020-ci il oktyabrın 9-da Quba rayon Əlibəyqışlaq kənd məzarlığında torpağa tapşırılıb.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Dekabrın 5-i Beynəlxalq Könüllülər Günüdür. Bu gün məhz Səmural Fətəliyev kimi Vətənin müdafiəsi naminə döyüşlərə könüllü yollanan, son damla qanına kimi döyüşən, canını, qanını fəda edən, Zəfər qazanan savaşçı kimi ya əlində bayraqla geri dönənlərin, ya da bayrağa bükülüb gələnlərin, şəhidlik zirvəsini könüllü fəth edənlərin günüdür. Könüllü deyiləndə ilk ağıla gələn ərazi bütövlüyümüz uğrunda düşmənlə döyüşmək üçün ayaqlanan, ön cəbhəyə axışan Azərbaycan gəncləri gəlir. Buna görə də ötən il 44 günlük Vətən müharibəsinin qalibinin də könüllülər ordusu olduğunu desək yanılmarıq. Könüllülük missiyasını ən şərəfli və ləyaqətli şəkildə yerinə yetirənlər də şəhid və qazilərimiz oldular. Hər birimiz onların açdığı yollarla irəliləməli, könüllü və təmənnasız xidmətlərlə ölkəmizə və xalqımıza fayda verməyi bacarmalıyıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb