İDMAN


1945-Cİ İL NOYABRIN 20-DƏ NÜRNBERQ MÜHAKİMƏSİ BAŞLANMIŞDIR

Nürnberq prosesi – bir qrup əsas nasist hərbi canisi üzərində məhkəmə prosesi Almaniyanın Nürnberq şəhərində 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək Beynəlxalq Hərbi Tribunal tərəfindən aparılmışdır. Faşist Almaniyasının ali dövlət və hərbi xadimləri məhkəməyə verilmişdi.

Onların hamısı sülhə və insaniyyətə qarşı sui-qəsd hazırlamaqda və həyata keçirməkdə (hərbi əsirləri öldürmək və onlara işgəncə vermək, mülki əhalini qırmaq, ictimai və şəxsi mülkiyyəti talan etmək, qul əməyi sistemi yaratmaq və s.), ən ağır cinayətlər törətməkdə ittiham olunmuşdu.

Bundan başqa, faşist Almaniyasının Nasional-Sosialist Partiyasının rəhbər heyəti, SA (hücumçu dəstələr), SS (NSP-nin mühafizə dəstələri), SD (təhlükəsizlik xidməti), gestapo (dövlət məxfi polisi), hökumət kabineti və baş qərargah kimi təşkilatların cinayətkar qurumlar hesab edilməsi məsələsi də qaldırılmışdı.

Prosesin gedişində 403 açıq məhkəmə iclası keçirilmiş, 116 şahid dindirilmiş, çoxsaylı yazılı ifadələrə və sənədli sübutlara (əsasən, Almaniya nazirlikləri və baş idarələrinin, baş qərargahın, hərbi konsernlərin və bankların rəsmi sənədlərinə) baxılmışdır.

İstintaq və ittihamın müdafiəsi üzrə fəaliyyəti əlaqələndirmək üçün əsas ittihamçılardan ibarət Komitə yaradılmışdı. Buraya SSRİ-dən R.Rudenko, ABŞ-dan Robert H.Cekson, Böyük Britaniyadan H.Şoukross, Fransadan F.de Menton (sonra Ş.de Rib) daxil idilər.

1946-cı il sentyabrın 30-da və oktyabrın 1-də hökm oxunmuşdu. İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştreyxer, Frits Zaukel, Alfred Yodl, Artur Zeyss-İnkvart, Vilhelm Gerinq ölüm cəzasına məhkum olunmuşdular. Ümumiyyətlə, Beynəlxalq Hərbi Tribunal müharibədən sonra 30 mindən çox nasisti mühakimə etmişdir.

Təcavüz ilk dəfə məhz Nürnberq mühakiməsində insaniyyətə qarşı ən ağır cinayət hesab olunmuşdur.

Azərbaycan alimi, ADU-nun ərəb dili kafedrasının müdiri, professor Ə.Məmmədov Nürnberq mühakiməsində sovet nümayəndə heyətində alman dili tərcüməçisi kimi iştirak etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.