Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfrans keçirilir

Konfransa Azərbaycanın 37 ali təhsil ocağından, həmçinin 35 xarici universitetdən 462 tezis və məqalə daxil olub

Dekabrın 10-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən beynəlxalq konfransa dünyanın 15 ölkəsinin ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından akademik heyət üzvləri və alimlər qatılıb.

Beynəlxalq konfransın açılış-plenar iclasında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin üzvü Şahin Seyidzadə, Litvanın Mykolas Romeris Universitetinin rektoru İnqa Zaleniene, Türkiyənin KTO Karatay Universitetinin rektoru Bayram Sade, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai, Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadıraliyev və Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru Dmitro Lukyanenko çıxış ediblər.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov aktual mövzuya həsr edilmiş və MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq səviyyəli elmi tədbirin təşkilində dəstəyi və əməyi olanlara, təşkilat komitəsinin üzvlərinə, məruzəçilərə, məqalə və tezis müəlliflərinə təşəkkürünü bildirib.

Rektor konfransın əsas məqsədinin Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və rəşadətli Azərbaycan Əsgərinin şücaəti sayəsində əldə olunan tarixi Zəfərdən sonrakı mərhələnin reallıqları nəzərə alınmaqla müvafiq istiqamətlər üzrə aparılan elmi-tədqiqatların nəticələrinin təqdim edilməsindən ibarət olduğunu vurğulayıb. O bildirib ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, eləcə də Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələri əhatə edən mövzularda elmi diskussiya platformasının yaradılmasını hədəfləyir.

Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini qeyd edən rektor 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən ümumilikdə 462 tezis və məqalə daxil olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov MDU rəhbərliyini və kollektiv üzvlərini universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsi münasibətilə təbrik edib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Regional unuversitetin belə bir böyük tədbirin təşkilatçısı olmasını təqdirəlayiq hal kimi qiymətləndirən F.Qurbanov qısa zamanda MDU-da geniş islahatlar aparmaqla tədrisin keyfiyyətinin və elmi-tədqiqatların səmərəliliyinin yüksəldilməsi istiqamətində önəmli addımların atıldığını diqqətə çatdırıb.

Bəşəriyyətin qarşısında duran qlobal problemlərin dünyada davamlı inkişafa nail olunmağı zəruri vəzifəyə çevirdiyini bildirən nazir müavini konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edib. Dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən olduğunu vurğulayan F.Qurbanov hazırda Azərbaycanının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdən olduğunu bildirib.

Dördüncü Dayanıqlı İnkişaf Məqsədinin hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək olduğunu qeyd edən F.Qurbanov davamlı inkişafın təmin olunmasının təhsil sistemi qarşısında çox böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. Müasir tələblərə cavab verən təhsil sistemi və mütəxəssis hazırlığı üzrə yeni çağırışlardan danışan nazir müavini konfransda bu istiqamətdə ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini söyləyib, konfrans iştirakçılarına uğurlar arzulayıb.

Konfrans iştirakçılarına salamlarını çatdıran Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycanda dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsi istiqamətində görülən işlərə töhfə verilməsinə hədəflənən belə bir platformanın yaradılmasına görə Mingəçevir Dövlət Universiteti kollektivinə təşəkkürünü bildirib. İqtisadiyyatın dayanıqlı və dinamik inkişafının bu sahədəki elmi tədqiqatların səmərəliliyindən birbaşa asılı olduğunu diqqətə çatdıran nazir müavini ölkəmizdə qlobal trendlərin öyrənilməsi və tədqiqi baxımından ali təhsil müəssisələrinin və akademik dairələrin apardığı tədqiqatların rolunun yüksək dəyərlənirildiyini diqqətə çatdırıb.

Dünya iqtisadiyyatında cərəyan edən proseslər, bəşəriyyətin ciddi narahatçılığına səbəb olmuş COVID-19 pandemiyasının Azərbaycan üçün də yeni çağırışlar və reallıqlar yaratdığını diqqətə çatdıran S.Ələkbərov bunlara adekvat cavab vermək üçün ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində qarşıda duran vəzifələrdən bəhs edib.

Nazir müavini 44 günlük Vətən müharibəsindən sonra ərazilərin işğaldan azad edilməsinin regionda təhlükəsizlik, sabitlik və rifahın təmin edilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinə, yeni beynəlxalq və regional logistika dəhlizlərinin açılmasına və bütövlükdə ölkənin dayanıqlı inkişafına çox ciddi təkan verdiyini bildirib. Qlobal tendensiyalar və çağırışları qəbul edərək işğaldan azad olunmuş ərazilərdə innovativ texnologiyalara əsaslanan müasir infrastrukturun qurulmasından, “ağıllı şəhər”, “ağıllı kənd” və yaşıl enerji zonası layihələrinin reallaşdırılmasından söhbət açan S.Ələkbərov Azərbaycanın dayanıqlı inkişaf perspektivlərindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir şəhərində ilk dəfə olaraq belə bir beynəlxalq elmi konfransın keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq arenada söz sahibi olduğunu qeyd edən İ.İsmayılov regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı dövlətlərdən olduğunu diqqətə çatdırıb.

İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının vacibliyini qeyd edən İlham İsmayılov konfrans çərçivəsində aparılacaq müzakirələrin və yaradılacaq tərəfdaşlıqların Mingəçevir şəhərinin gələcək inkişafında önəmli rol oynayacağına əminliyini ifadə edib.

Beynəlxalq konfransa dəvətə görə təşəkkürünü bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xaım Vladanka Andreeva 250-dən çox iştirakçının, o cümlədən dövlət və hökumət rəsmilərinin də qatıldığı və yüksək səviyyədə təşkil edilən elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı inkişafın başlıca 3 məqsədinin iqtisadiyyat, sosial və ətraf mühit məsələləri olduğunu diqqətə çatdıran V.Andreeva Azərbaycanda bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. Dayanıqlı inkişaf yolu xəritəsində beynəlxalq əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəm verildiyini qeyd edən BMT-nin rezident əlaqələndiricisi konfransın bu baxımdan əhəmiyyətindən danışıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.

Son dövrdə MDU ilə işbirliyinin uğurla inkişaf etdiyini vurğulayan Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev tərəfdaş universitetdə təşkil edilən belə bir mötəbər elmi tədbirdə iştirakından məmnunluğunu bildirib. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında keyfiyyətli ali təhsilin və tədqiqatların önəmindən danışan rektor bu istiqamətdə milli və xarici təcrübələrin paylaşılması baxımından beynəlxalq konfransın əhəmiyyətini diqqətə çatdırıb, belə bir əlverişli elmi və akademik platformanın davamlılığını arzulayıb.

Milli Məclisinin üzvü Şahin Seyidzadə son illərdə Azərbaycanda dayanıqlı inkişafın təmin edilməsi məqsədilə həyata keçirilən islahatlardan və bu kontekstdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən danışıb, konfransın əhəmiyyətini qeyd edib.

Universitetlər arasında akademik və elmi əlaqələrin gücləndirilməsinin dayanıqlı inkişaf strategiyasına töhfəsindən bəhs edən Litvanın Mykolas Romeris Universitetinin rektoru İnga Zaleniene beynəlxalq konfransı yeni tərəfdaşlıqlar üçün əlverişli imkan və gözəl fürsət kimi dəyərləndirib.

Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən KTO Karatay Universitetinin rektoru B.Sade dayanıqlı inkişafda ali təhsil müəssisələrinin rolundan, iqtisadi inkişafa, sosial rifaha və ətraf mühitin davamlılığına xidmət edən layihələr çərçivəsində birgə elmi tədqiqatların aparılmasının önəmindən bəhs edib və bu baxımdan konfransın böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

Regionda yerləşən universitetlərin dayanıqlı inkişafa töhfələri və strateji fəaliyyətləri barədə danışan Lənkəran Dövlət Universitetinin rektoru N.İbrahimov tədqiqat potensialının inkişaf etdirilməsi və elmi tədqiqatların səmərəli nəticələrinin geniş ictimaiyyətə təqdim olunması baxımından belə elmi tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İki universitet arasında yaradılan işbirliyindən məmnunluğunu bildirən Çinin Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prezidenti Venhao Cai rəhbərlik etdiyi ali təhsil müəssisəsində keçirilən beynəlxalq elmi tədbirlərdə MDU-nun fəal təmsil olunduğunu diqqətə çatdırıb, pandemiya dövründə təhsil sahəsində gələcək işbirliyinin istiqamətlərinin müəyyən edilməsi baxımından konfransın faydalı olacağına inandığını söyləyib.

Qırğız İqtisadiyyat Universitetinin rektoru A.Kadıraliyev təmsil etdiyi ölkədə dayanıqlı inkişafın təmin edilməsi sahəsində əldə edilən nailiyyətlərdən, yaşıl iqtisadiyyata keçidlə bağlı görülən işlərdən, bu məqsədlə rəhbərlik etdiyi universitetin iştirak etdiyi yerli və beynəlxalq layihələrdən danışıb, konfransın qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini bildirib.

Kiyev Milli İqtisadiyyat Universitetinin rektoru D.Lukyanenko Azərbaycanın regional ali təhsil müəssisələrindən biri olan MDU ilə əməkdaşlıq çərçivəsində akademik və elmi potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən birgə tədbirlərdən danışıb, konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə universitetlər arasında hərtərəfli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Daha sonra konfransın plenar iclası keçirilib. Plenar iclasda AMEA-nın müxbir üzvi Akif Musayev “İşğaldan azad olunmuş ərazilərin bərpası: mövcud vəziyyət və effektiv məskunlaşdırma”, MDU-nun Qazi Universitetindən olan qonaq professoru Ercan Nurcan Yılmaz “4.0 Sənaye inqilabı və kibertəhlükəsizlik”, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Zahid Məmmədov “Müasir dövrdə universitetlər: yeni çağırışlar, trendlər, paradiqmalar və gözləntilər”, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Sergey Nikonorov “Davamlı inkişaf və Paris İqlim Sazişi çərçivəsində biznesin karbon neytrallığına keçidində müasir trendlər”, MDU-nun dosenti Aidə Mustafayeva “Süni intellekt texnologiyalarının inkişaf perspektivləri”, Mykolas Romeris Universitetinin professoru Paulo Pereira “4-cü Davamlı İnkişaf Məqsədi (Keyfiyyətli təhsil) kontekstində ali təhsilin önəmi” və V.Hetman adına Kiyev Milli İqtisadiyyat Universitetinin dosenti Oleksandr Fedirko “Avropada klasterləşmə: Ukrayna üçün təcrübə və perspektivlər” mövzularında məruzələr ediblər. Böyük maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Konfrans işini dekabrın 11-dək üç bölmədə (İqtisad elmləri və idarəetmə; Təbiət və texnika elmləri; Təhsil və humanitar elmlər) davam etdirəcək. Bölmə iclaslarında davamlı iqtisadi inkişafın qlobal trendləri, regionların tarazlı inkişafı, ekoloji dayanıqlığın təmini, enerji sektorunun inkişafında müasir tendensiyalar, postpandemiya dövründə dördüncü sənaye inqilabının inkişaf perspektivləri, təhsil sahəsində milli və beynəlxalq təcrübə, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni geoiqtisadi və geosiyasi reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

Dekabrın 11-də beynəlxalq elmi konfransın yekun iclası keçiriləcək.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 mart 2021-ci il tarixli müvafiq məktubu ilə təqdim olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı”na əsasən təşkil olunur.

Konfransa "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən təşkilati dəstək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Azərbaycan müəllimi” qəzeti, Trend Müstəqil İnformasiya Agentliyi, “Məktəb Guşəsi” jurnalı, mi-news.az, AzEdu.az və “Mingəçevir” qəzeti tərəfindən media dəstəyi göstərilir.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, dayanıqlı inkişafın müxtəlif aspektlərinə dair nəticəyönümlü elmi araşdırmaların aparılmasına, yerli və xarici tərəfdaşlarla birgə elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Bu kontekstdə, 2021-ci ildə MDU-nun tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidisiplinar elmi jurnalı təsis olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub