REGİONLAR
Mingəçevir Dövlət Universitetində mühazirə: Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi
Bakı, 29 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Güclü lider, güclü iqtisadiyyat və Zəfər tarixi” mövzusunda mühazirə keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, MDU-nun Heydər Əliyev Mərkəzində tələbə və magistrantların iştirakı ilə keçirilən mühazirədə universitetin Humanitar fənlər kafedrasının müəllimi Mətanət Yusifova məruzə ilə çıxış edib.
Məruzədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, məqsədyönlü və uğurlu siyasəti sayəsində ölkəmizin dayanıqlı və hərtərəfli inkişafından, beynəlxalq nüfuzunun güclənməsindən və otuz illik işğala son qoyan tarixi Zəfərin qazanılmasından bəhs edilib.
Mühazirə tələbə və magistrantlar tərəfindən böyük maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]