SİYASƏT


1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Şuşa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda konfrans keçirilib. Bu barədə AZƏRTAC-a Şuşa Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, YAP Şuşa rayon təşkilatının sədri və üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş nitqi ilə açan YAP Şuşa rayon təşkilatının sədri, Şuşa rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan danışıb.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edənlər dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb, ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməlinin Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığını vurğulayıblar. Bildirilib ki, 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.