REGİONLAR
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçirilir
Bakı, 11 yanvar, AZƏRTAC
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq qapı” günləri keçirilir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, rektor Şahin Bayramovun iştirakı ilə keçirilən “Açıq qapı” günləri imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyır. Növbəti “Açıq qapı” günü yanvarın 13-də təşkil olunacaq. Virtual görüşdə MDU tələbələri və onların valideynləri iştirak edə bilərlər.
Qeyd edək ki, “Açıq qapı” günləri yanvarın 6-dan başlayaraq imtahan sessiyası dövründə hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunur.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.