CƏMİYYƏT


Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb

Bakı, 23 yanvar, AZƏRTAC

Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.