İDMAN


"Qəbələ"nin futbolçusu İordaniya millisinə dəvət alıb

Bakı, 23 yanvar, AZƏRTAC

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi millinin toplanışına qatılmaq üçün Dubaya yollanıb.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən O.Hani komandaya sonradan qoşulub.

Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Əbu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq O.Hani ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.