CƏMİYYƏT


Xətai rayonunda xuliqanlıq zəminində vətəndaşı döyən şəxsdən oyuncaq tapança aşkarlanaraq götürülüb

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 24-də Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları müvafiq tədbirlər həyata keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Faktla bağlı təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.