REGİONLAR
Polisə yalan məlumat verən Lənkəran sakini barədə araşdırma aparılır
Lənkəran, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 11000 manat pulunun oğurlanması ilə bağlı polisə yalan məlumat verən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək, evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]