ELM VƏ TƏHSİL


“Avtoyükləyici operator” təliminə müraciət qəbul olunur

Bakı, 26 yanvar, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Avtoyükləyici operator” təliminə müraciətlər qəbul edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimə seçilmiş iştirakçılar avtoyükləyicilərin funksiyaları, yükün ağırlıq mərkəzinin müəyyən edilməsi və boşaldılması barədə biliklər alacaqlar. Təlim iştirakçıları, həmçinin çəngəlli maşınların növləri, funksiyası, tətbiqi, tam yoxlanılması, hidravlik və mexaniki hissələri, idarə edilməsi haqqında məlumatlandırılacaq.

Ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək təlim 2 modul üzrə 5 həftə (42 saat) davam edəcək.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar veriləcək. Təlimdə iştirak etmək üçün müraciətlər fevralın 3-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.