CƏMİYYƏT
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin hesabat konfransı keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Göyçay nümayəndəliyinin son iki ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, konfransda dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin digər nümayəndəliklərinin təmsilçiləri, qazilər, könüllülər və rayonun fəal gəncləri iştirak ediblər.
Konfransda çıxış edənlər Göyçay nümayəndəliyinin gənclərin inkişafı üçün gördüyü işlərdən, uğurlu əməkdaşlıqdan danışıblar.
Tədbirdə hesabat dövründə yüksək fəallığı ilə seçilən beş gənc təltif olunub. Fəxri Qasımov “İlin gənci”, Füzuli Paşayev, Sevinc Mustafayeva, Mövlam Osmanov, Davud Tarverdiyev isə “Ayın gənci” nominasiyaları üzrə mükafatlandırılıblar.
Hesabat konfransı musiqili-əyləncəli proqramla davam edib.