Lənkəranda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb
AzerTAg.az
Lənkəran, 26 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərin birindən 3 min 750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbərin mətnində orfoqrafik səhv var