REGİONLAR


Abşeron rayonunda inzibati ərazi dairəsi üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verilib

Xırdalan, 26 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə görülən işləri və qarşıda duran vəzifələri müzakirə edib.

İcra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Abdin Fərzəliyev rayonda bir sıra problemlərin həllini gözlədiyini qeyd edib. Vurğulanıb ki, kənd və qəsəbələrdə məişət tullantılarının ərazidən uzaqlaşdırılmasında, daxili küçələrin təmir olunmasında və abadlıq işlərinin aparılmasında ciddi problemlər var.

Abşeron rayonunda yaşayan şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğının daha da artırılmasının vacibliyindən danışan icra başçısı bildirib ki, müharibənin ağrı-acılarını yaşayanlar bu diqqəti təkcə bayramlarda deyil, gündəlik həyatlarında da hiss etməlidirlər.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev inzibati ərazi dairəsi üzrə nümayəndələrə 15 gün müddətində işlərində dönüş yaratmağı, kənd və qəsəbələrdə olan problemləri aradan qaldırmağı tapşırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.