DÜNYA


Gürcüstanda keçən ilin ölüm statistikasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb

Tbilisi, 26 yanvar, AZƏRTAC

Gürcüstanda ölkə vətəndaşlarının ölüm faktına görə keçən il ən yüksək göstərici qeydə alınıb.

2021-ci ildə ölkədə 59 638 nəfər dünyasını dəyişib. Onların da 30 032-si kişilər, 29 606-sı isə qadınlar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Məlumat azadlığının inkişafı İnstitutu” qeyri-hökumət təşkilatı (IDFI) Gürcüstanın İctimai Sağlamlıq və Xəstəliklərə Nəzarət Milli Mərkəzinə istinadla məlumat yayıb.

Bildirilir ki, bu, son 28 ildə ən yüksək göstəricidir.

Məlumata görə, 2021-ci ildə qeydə alınan ölüm sayı 2020-ci illə müqayisədə 9 101 fakt, 2019-cu illə müqayisədə 12 979 fakt çoxdur.

Gürcüstan Milli Statistika Xidmətindən isə bildirilib ki, bu da son rəqəm deyil. Hazırda ölkədə doğum və ölüm halları ilə bağlı statistik məlumatlar dəqiqləşdirilir. İyun ayında son hesabat təqdim olunacaq.

Statistika Xidməti 1994-2020-ci illərin statistik məlumatlarını dərc edib. Hesabatda deyilir ki, bu illər ərzində ölüm üzrə ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb – 51 066 nəfər.

IDFI-nin məlumatına görə, ölüm hallarının artması koronavirus pandemiyası ilə əlaqədar olub. 2021-ci ildə yalnız koronavirusdan ölənlərin sayı 11 298 nəfərdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.