REGİONLAR


Xam pambığın alış qiyməti 2022-ci il üçün daha 50 manat artırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

Ötən ilin oktyabrında pambıq şirkətləri tərəfindən pambığın alış qiyməti hər tona görə 50 manat artırılıb.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 26-da Salyanda “Pambıqçılıq-2022: qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində bildirib.

Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi şirkətlərlə bu istiqamətdə müzakirələr aparıb. Müzakirələrə əsasən, şirkətlər fermerlərdən xam pambığın alış qiymətini 2022-ci il üçün daha 50 manat artırılması barədə razılığa gəliblər. Bununla da 2022-ci ildə şirkətlər fermerlərdən pambığın hər tonunu sortundan asılı olaraq 650-750 manata alacaqlar. Mövsümün gedişindən asılı olaraq pambıq şirkətləri tərəfindən məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması məsələsinə bir daha baxılacaq.

İnam Kərimov, həmçinin qeyd edib ki, Aqrar Subsidiya Şurası məhsul istehsalını stimullaşdırmaq məqsədilə pambıqçılığa subsidiyaların verilməsi qaydalarında dəyişiklik edib. Bu ildən fermerlər təhvil verdikləri pambığa görə yalnız məhsul subsidiyası alacaqlar. Fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəniləcək. Məhsul subsidiyası almaq üçün fermerlərin torpaq mülkiyyətindən asılı olmayaraq EKTİS-də öz əkinlərini bəyan etməsi kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.