CƏMİYYƏT


Ötən il respublika ərazisində 15 min 247 təbii və texnogen mənşəli hadisə baş verib

Bakı, 26 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir, 2021-ci ildə respublika ərazisində 15 min 247 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2020-ci illə müqayisədə 467 hadisə və ya 3 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

Ötən il respublika ərazisində 187 təbii mənşəli hadisə qeydə alınıb. Bu hadisələr nəticəsində dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb və bir nəfər xilas edilib. Hesabat dövründə respublika ərazisində 15 min 60 texnogen mənşəli hadisə qeydə alınıb. Bu da 2020-ci illə müqayisədə 456 hadisə və ya 3 faiz çoxdur. Texnogen mənşəli hadisələr nəticəsində 51 nəfər həlak olub, 205 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 50 nəfər xilas edilib, 821 nəfər təxliyə olunub.

Ötən il təhqiqatı aparılmış yanğın hadisələrinin sayı 2092 olub. Yanğın hadisələri zamanı 38 nəfər həlak olub, 129 nəfər xəsarət alıb.

İl ərzində respublika ərazisində 77 partlayış baş verib. Bu da 2020-ci illə müqayisədə beş hadisə və ya altı faiz azdır. Partlayışlar nəticəsində 12 nəfər həlak olub, 76 nəfər xəsarət alıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.