DÜNYA


Polşa Belarusla sərhəddə hasar tikintisinə başlayıb

Varşava, 26 yanvar, AZƏRTAC

Polşa qonşu Belarusla sərhədboyu hasar tikintisinə başlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi məlumatlara görə, uzunluğu 186 kilometr olacaq hasarın hündürlüyü 5,5 metr nəzərdə tutulur. Hasar indiyədək mövcud olan və hündürlüyü 2,5 metrə çatan tikanlı məftillərdən ibarət baryerləri əvəz edəcək. Hasarın tikintisi üçün dövlət büdcəsindən artıq 353 milyon avro vəsait ayrılıb.

Tikintiyə sərhədin hansı hissəsində başlanacağı təhlükəsizlik səbəbindən açıqlanmayıb. İyuna qədər hasarla yanaşı, hərəkəti məhdudlaşdıran texniki vasitələr, kamera və sensorlar da quraşdırılacaq.

Qeyd edək ki, Belarusla Polşa sərhədində miqrasiya problemi qış mövsümü ilə əlaqədar bir qədər səngiyib, qaçqınların bəziləri düşərgələri tərk ediblər. Lakin indiyədək 12 miqrantın soyuq, aclıq və digər səbəblərdən həyatını itirdiyi sərhəd zolağında miqrasiya axınının yenidən canlanacağı ehtimal olunur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.