Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

1993-CÜ İL – GƏNCƏ HADİSƏLƏRİ

1993-CÜ İL GƏNCƏ HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR İYUNUN 13-DƏ AZƏRBAYCAN TELEVİZİYASI İLƏ EFİRƏ GETMİŞ NÖVBƏTİ VERİLİŞİN MƏTNİNİ OXUCULARA TƏQDİM EDİRİK.

APARICI: Gəncəbasarda və yol boyu rayonlarda hakimiyyəti əllərinə keçirən surətçilər az qala qarşısıalınmaz bir qüvvəyə çevrilmişdi. Həmin ərəfədə Gəncəyə getmiş o vaxtki iqtidarın yüksək rütbəli üzvləri girov götürülmüşdü. Əbülfəz Əliyev - İsa Qəmbərov iqtidarı Surət Hüseynovon təzyiqinə tab gətirə bilməyib, əlini qardaş qanına bulamışdı.

Ölkəni idarə edə bilməyən cəbhə-müsavat iqtidarı Surət Hüseynovun qarşısında əsir-yesirə çevrilmişdi.

MEHMAN HƏMZƏYEV\HƏKİM\: Yaxşıdır ki, son günlər Azərbaycan televiziyasında bu hadisələr bir daha vərəq-vərəq təkrarlanır və hamımız o günlərə qayıdırıq. 1993-cü ilin isti, xatalı, böhranlı, ağır iyun hadisələri.

Yadınıza gəlirsə, həmin vaxt Azərbaycan dilemma qarşısında qalmışdı. Həm xaricdən, həm də daxildən müxtəlif düşmən qüvvələrin təsiri altında parçalanma ərəfəsində qalan xalq ağır bir sualla qarşılaşmışdı. Bu respublika müstəqil olacaqmı? Bu xalq öz mənəviyyatini, iqtisadiyyatını qoruya biləcəkmi?

Biz bir daha şahidi olduq ki, o zamanki hakimiyyət, 1993-cü ilin iyununa kimi ölkəyə rəhbərlik edən adamlar bu işdə naşıdırlar. Nəhayət, olduqca ağır bir vəziyyət yaranmışdı. Belə bir vəziyyətdə Azərbaycan xalqı özünün müdrik rəhbəri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevə üz tutub onu hakimiyyətə gətirdi. Vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmış Azərbaycanı Heydər Əliyevin biliyi, bacarığı bu vəziyyətdən çıxardı.

AĞAMİRZƏ ƏHƏDOV\İQTİSADÇI\ : Onlar keçən illəri xatırlayaraq televiziya verilişlərində “əliniz qana batıb” deyə bir-birinin üstünə çığırırdılar. Adam nifrət edirdi belə vəziyyətə. Həmin vaxtlar, cəbhə-müsavat cütlüyünün hakimiyyəti dövründə təyinatı olmayan müxtəlif unlardan çörək bişirib adamlara satırdılar. Vəziyyət o yerə çatmışdı ki, adamlar hətta belə çörəklərin də növbəsinə dayanırdı.

O dövrü xatırlayıram. Anarxiya, xaos baş alıb gedirdi. Surət Hüseynova bir ilin ərzində Milli qəhrəman və başqa rütbələr verənlər onun əlindən qaçıb hərəsi bir ağacın altına çəkilib bir dağa qaçıb gizləmişdilər. Onların iqtidarsızlığı üzündən belə dövrləri yaşadıq. O vaxt hakimiyyətdə olanlar əməlləri ilə də sübut etdilər ki, onlar kiçik bir müəssisəni belə idarə etməyə qabil insanlar deyillər.

İMRAN ZEYNALOV\MÜHƏNDİS\: 1993-cü ilin iyununda baş vermiş hadisələri yenidən təəssüf hissi ilə xatırlayırıq. Çünki həmin vaxtlar XX əsrdə ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Bunun da başlıca səbəbi o vaxtkı hakimiyyətin idarəçilik təcrübəsinin olmaması, səriştəsizliyi idi. Lakin Azərbaycan xalqı öz ümidgahı Heydər Əliyevə ikinci dəfə hakimiyyətə qayıtması ilə əlaqədar təkidlə müraciət etdi. Heydər Əliyev Bakıya döndü. Hər şey çətinliklə də olsa, qaydasına düşməyə başladı. Dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanda baş verən vətəndaş müharibəsinin qarşısı alındı.

ŞƏHRİYAR BABAYEV: Mövcud şəraitdə dövləti idarə etmək çox çətin idi. Bu od-alov ğetdikcə daha da genişlənirdi. Xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Hamının arzusu bu idi ki, Heydər Əliyev Azərbaycana hakimiyyətə qayıtsın bu qardaş qırğınının qarşısını alsın. Əsas qırğın da iyunun 4-də Gəncədə baş vermişdi. Artıq qan tökülmüşdü. Tanklar, silahlı insanlar Gəncənin küçələrində hərəkət etməyə başlamışdı. Şəhər döyüş meydanını xatırladırdı.

APARICI: Respublika xaos içərisində idi. Ağla qaranın sərhədi itmişdi. Adamlar səksəkə, vahimə içərisində yaşayırdılar. Bakıya istiqamət götürən surətçilər isə yol boyu özbaşına olaraq istədikləri adamları rayonların icra aparatında yerləşdirir, cəbhə hakimiyyətinin isə bu qanunsuzluğu kənardan durub müşahidə etməkdən başqa əlindən heç nə gəlmirdi. Eyni zamanda, Surət Hüseynov Əbülfəz Əliyev komandasının istefasını tələb edirdi. Tam gücsüz və iflic vəziyyətinə düşmüş iqtidar Gəncəyə ağsaqqallardan ibarət komissiya göndərməyi qərarlaşdırdı. Lakin artıq gec idi.

ALİ SOVETİN 1993-CÜ İL İYUNUN 9-11-DƏ KEÇİRİLMİŞ İCLASINDAN XRONİKA

İMAM MUSTAFAYEV (akademik): Şəhərin içərisində bu cür hərbi əməliyyat aparmaq göstərişini kim vermişdir? Kim ixtiyar vermişdir ki, belə bir hərəkətə əl atılsın, bu nə deməkdir? Bu ancaq və ancaq ermənilərə kömək etmək üçün edilən bir hərəkətdir. Buna başqa ad vermək olmaz. Bu addımı atanlar istəmişlər ki, respublikanın daxilində çaxnaşma salsınlar. Buna yol vermək olmaz. Bütün xalqımız çalışmalıdır ki, Azərbaycan torpaqları düşməndən tamamilə təmizlənsin. Axı, bu nə deməkdir? Bu gün Gəncədə, sabah Lənkəranda, o biri gün Qubada belə iğtişaşlar baş verərsə, demək bunu edənlər ölkəmizi dağıtmaq, parçalamaq, birliyimizi əlimizdən almaq istəyirlər.

ETİBAR MƏMMƏDOV: Mən bir məsələni qeyd etmək istəyirəm ki, burada biz kimlərinsə haqqında hökm vermək fikrində deyilik. Burada məsələnin siyasi tərəfi, siyasi məsuliyyət məsələsi müzakirə olunmalıdır. Bundan sonra isə cinayət məsuliyyəti hazırda işləyən istintaq komissiyasının qərarı ilə verilməlidir. Bu gün biz burada xalqa göstərməliyik ki, hər hansı hərəkətə görə siyasi məsuliyyət var və həmin vəzifələri daşıyan, xalqın əmin-amanlığı üçün məsul olan adamlar məsuliyyətdən kənarda qala bilməzlər. Burada da fikirlər bildirilməlidir.

PƏNAH HÜSEYNOV: Burada mənim ciddi hesab etdiyim adamlar da dünən televiziyadakı çıxışıma istinad etdilər. Həmişə eşitmişik ki, siyasət murdar şeydir. Bu cür məsələlərə istinad edildiyini görəndə, adam istər-istəməz belə siyasətə qoşulur. Dünənki iclas ona görə oldu ki, Etibar Məmmədlov mətbuat konfransı keçirdi və dedi ki, Pənah Hüseynov guya saat 6.00-da Daxili İşlər Nazirliyindən əmr verib. Allah yalançının evini yıxsın, əgər mən saat 9.30-da işə gəlməmişəmsə.

Dünənki iclas da bu məsələ ilə bağlı keçirildi. Mən orada ona görə çıxış etdim ki, yazılıb: “Tufan” əməliyyatı olub, İsa bəy hazırlayıb və Pənah icra edib. Elə əməliyyatdan xəbəri olanın Allah evini yıxsın. Adamın vicdanı olar. Demək lazımsa, mən istefa vermişəm, arxayın olun. Camaatı bu qədər aldatmaq olmaz axı. İsa bəydən də xahiş etmişəm bu millətin xatirinə istefa verəcək. Adamın Allahı olar. Üzr istəyirəm, bərk qışqırdığıma görə. Amma bəzi həqiqətlər var, biz də burada deyəcəyik. Adamın allahı olar. O işə görə mənə günahkar demirsiniz? Mən hazıram. Məhkəmədə də və harada desəniz hazıram. Amma belə bir vaxtda bunu etmək olmaz axı. Mən deyə bilərəm ki, Etibar Məmmədov nə deyib Arif Hacıyevə. Nə demisən, dur camaatın qarşısında de! Biz itirmişik əlaqəni. Yeri gəlib, açıq deyirəm. Heydər Əliyevlə danışmışıq, Etibarın yanına adam göndərmişik. Çalışmışıq ki, Azərbaycandakı xaos, cinayət baş alıb getməsin.

İSA QƏMBƏROV: Hər halda qışqırmağa ehtiyac yoxdur. Əsəbiləşməyin. Sadəcə olaraq, məhz mən istəmədim ki, xalq bu tipli söhbətləri eşitsin, daha da qəzəblənsin. Fikirləşsin ki, Azərbaycanda kimlər hakimiyyətdədir, kimlər müxalifətdədir, kimlər hansı səhvlərə yol verib. Ona görə mən bunun əleyhinəyəm.

ƏBÜLFƏZ ELÇİBƏY: Ay qardaşlar, vallah, düz etmirsiniz. Hirslənirsiniz. Bu hirslənməklə deyil, axı, başınıza dönüm. Bu çox pis nəticə verəcək. Deyirsiniz veribdir. Bu lap böyüyə bilər. Olmaz, axı. Bəli, bundan pisi də ola bilər. Siz bunu bilin ki, biz burada, yenə də deyirəm, məsələn, deyək ki, Etibar mənə bir söz deyəcək, mən də ona bir söz deyəcəyəm. O ona bir söz deyəcək, bu, xalqın arasında dava-dalaşa çevriləcək. Ona görə də, qardaş siz bir komissiya təşkil edin, həmin komissiyayanın tərkibinə kimi istəyirsinizsə seçin.

İndi görəcəksiniz. Mübahisə başlayan kimi burada bir-birimizə elə sözlər deyiləcək ki, bunu xalqın içərisinə çıxarmaq olmaz.

Siz qərar çıxardınız, biz də o qərara görə hərbi vəziyyət elan etdik. Hərbi vəziyyətin qərarına əsasən sərəncam verdik ki, birbaşa televiziya verilişləri olmasın. İndi təzədən bu qərarı ləğv edirsiniz. Axı, belə olmaz.

 

Yerdən mübahisə etməyin. Beləcə şişirdirsinizsə, mən deyim. Öz fikrimi deyirəm. Mən prezident hüquqlarından istifadə edərək, bir daha məclisə bu təklifi verirəm.

ETİBAR MƏMMƏDOV: Mən məclisin əvvəlində dedim ki, İsa Qəmbərov bu iclasa sədrlik edə bilməz. Arif bəy deyir ki, burada məqsədli adamlar var, bəli həmin məqsədli adamlardan biri də İsa Qəmbərovdur. Onun məqsədi bu qarşıdurmanı artırmaq, müzakirəni uzatmaqdır. Birincisi, burada Pənah Hüseynov and verdi, kimlərəsə evi yıxılsın dedi. Bəli, Pənah bəy evləri yıxmısınız. İndi yalançının evini yıxmaq lazım deyil. Çünki yalançı siz özünüzsünüz.

ƏBÜLFƏZ ELÇİBƏY: Bu gün mübahisələrdə çox sözlər dedik. Bu olar, ya olmaz. Lap mənim istefamı tələb etsəniz, olsun, getsin. Gərək ağır söz, təhqiramiz söz efirə getməsin. Bu olmaz. Mən bunlardan çəkinmirəm. Mənim haqqımda nə deyirsinizsə, deyin. Biri-birimizə nə deyiriksə, deyək. Mən komissiyanın rəyi ətrafında müzakirələr başlayanda, bizə deyiləcək sözlərdən çəkinmirəm. Sonra da, orada iki dəstə bir-birinə qarşı durub. Dövlət tərəfindən idarə olunan qüvvələrə kimsə göstəriş, əmr verib, sonra da, durub deyəcək ki, mən komissiyanın bu fikri ilə razıyam, amma o biri fikri ilə razı deyiləm. Atəş təkcə bir tərəfdən açılmayıb. İkisi də gedib çıxacaq Gəncəyə, camaat deyəcək, o taqsırkardır, bu taqsırkardır. Sonradan hərə özünə bəraət qazandıracaq. indi mənim haqqımda dediyinizi deyin. Bunda indiyə qədər pis bir şey olmayıb. O sonra müzakirə olunacaq əsl məsələ ki var, bu məsələnin mahiyyəti haradadır, orada hərə bir tərəfdən özünü müdafiə və yaxud da ittiham edəcək. Sən məni ittiham et, amma xalqın içərisinə, əsgərlərin içərisinə çıxanda əsgərin biri deyəcək o düzdü, o biri deyəcək bu düzdü. Parçalanma gedəcək.

Gəlin, bir-birimizin gözünün içinə kişi kimi baxaq. Bəsdir, bir-birimizi aldatdığımız.

TAHİR ƏLİYEV: Əbülfəz bəy, bilmirəm, bunu çox adam bilir, yoxsa bilmir, sizinlə mən çox yaxın olmuşuq. Özü də həddindən artıq yaxın olmuşuq. Dəfələrlə də söhbətimiz olub. Ünsiyyətdə olmuşuq, bir yerdə çörək kəsmişik. Biz sizinlə danışmışdıq ki, bu rejimdən çıxaq. Biz danışmışdıq ki, müstəqilliyimiz olsun. Biz danışmışdıq ki, hərbi polis rejimi olmasın. Danışmışdıq ki, ədalətli dövlət, cəmiyyət quraq. Bəlkə mən yalan danışıram, Əbülfəz bəy?

Bəs biz nə qurduq? Mən bu sözləri deməyə də bilərdim. Özünüz də bilirsiniz sizin işiniz yaxşı getmirdi. Sizin tərəfinizdən təşəbbüs olmayıb, bunu çox adam bilmir. O vaxtı da mən sizin yanınıza gəlmədim. Mən əyilən oğlanlardan deyiləm. Görürəm ki, bu gün təkcə sizin yox, bütün millətin vəziyyəti gərgindir. Bu sözləri ona görə deyirəm.

 

Bu komandadakı əliəyriləri iti qovan kimi qovun. Əgər mən respublikada daxili işlər naziri olsaydım, nə Pənah, nə İsa orada kabinetə girib əməliyyata rəhbərlik edə bilməzdilər. Bunları mən sizə bütün məsuliyyətimlə deyirəm.

İSA QƏMBƏROV: Çox sağ ol, Tahir bəy, ancaq mənə elə gəlir ki, ittihamların bir qismi əsassızdır, məntiqsizdir.

TAHİR ƏLİYEV: Əbülfəz bəy, əgər istəyirsinizsə, bu respublikada qarşıdurma olmasın, İsa bəy bu gün istefa verməlidir. Mən sizə deyirəm, İsa bəy istefa verməlidir. O, istefa verməsə, gec olacaq.

İSA QƏMBƏROV: İstefa tələbi haqqında qərar səlahiyyəti məndə qalır və bayaq dediyim kimi, mənim üçün bu, problem deyil. Bu gün də, sabah da bu qərarı mən qəbul edə bilərəm. Problem yoxdur. Ancaq bayaq siz dediniz ki, guya mən və Pənah bəy daxili işlər nazirinin kabinetindən əməliyyatı idarə edirdik. Bu fikir səhvdir. Biz o kabinetdə olmuşuq, nə vaxt olmuşuq, nə iş görmüşük, lazim gəlsə, bu barədə kifayət qədər məlumat verə bilərik. Ancaq siz deyirsiniz ki, mən orda olsaydım, həmin şəxslər mənim kabinetimə daxil ola bilməzdilər. Tahir bəy, yəqin sizin yadınızdan çıxıb ki, Yaqub Məmmədov sizi daxili işlər naziri vəzifəsindən azad edəndə, İskəndər bəy, mən, Pənah bəy və başqa cəbhəçilər o kabinetə gəldik, sizi o vəziyyətdən biz xilas etdik. Həmin qərarln icrasını dayandırdıq.

ETİBAR MƏMMƏDOV: Hökmən sessiya çağırılmalıdır. Mənim elə əvvəldən tələbim bu idi ki, İsa Qəmbərov istefa verməlidir. Çünki bu işdə onun bilavasitə əli var. Ayın 2-də mən burada təsadüfən məsələ qaldırmadım ki, ordunun ayrı-ayrı hərbi hissələrinə məxfi paketlər verilib. Əmrlər verilib. Bu təsadüfi məsələ deyildi.

O vaxt İsa bəy həmişə olduğu kimi, istehza ilə deyir ki, Etibar yenə də nəsə uydurur ki, dövlət çevrilişi hazırlanır. Bəli, dövlət çevrilişi hazırlanırdı. Pənah Hüseynov da şəxsən özü demişdi ki, Surətin başını Gəncədə əzəndən sonra burda sizinlə başlayacağıq. Bu, ayın 4-dən 5-nə keçən gecə olmalı idi. Ayın ikisində mən bunları deyəndən sonra ayın 3-də Bakının küçələrində həmin texnika göründü. Hadisəni bir gün qabağa çəkərək, bu işi Gəncədə 3-dən 4-ə keçən gecə başladılar.

Siz də bu planın ilhamçısı, yaradıcısı, nəhayət, iştirakçısı olmusunuz. Ona görə də bu cinayətdə iştirak etdiyinizə görə mən sizi ittiham edirəm. Siz Ali Sovetin sədri vəzifəsindən getməlisiniz. Istefa verməlisiniz. Dövləti uçuruma aparan siz idiniz. Surət Hüseynova qarşı həmin əməliyyatı hazırlamaqla, siz Azərbaycanda hərbi polis rejimi yaratmaq istəyirdiniz. Pənah Hüseynov da deyirdi ki, möhkəm rejim yaradacağıq. Budu səbəb. Ona görə də xoşluqla çıxıb gedin ki, başqa hadisələr üçün şərait yaratmayasınız.

FAİQ BAXŞƏLİYEV \ALİ SOVETİN DEPUTATI\: Burada səsləndi ki, biz qeyri-qanuni yolla, silah gücünə hakimiyyətə gəlmişik. Bacarırsınızsa, siz də silah götürün, gəlin. Bax, bu da onun nəticəsidir. Siz deyirsiniz ki, günahınız yoxdur. Sizin çox böyük günahinız var. Konstitusiyanı tapdalayırsınız. Deputatların mənəviyyatını alçaldırsınız. Neçə dəfə söz iştəmişəm verməmisiniz. Ixtiyar Şirinov tərəfindən mənə qarşı 4 dəfə cinayət işi qaldırılıbdır. Nəyə görə mənə cinayət işi qaldırılmalıdır. Nəyə görə məndən izahat alınır ki, siz filan sessiyada niyə filan sözü danışmısınız. Nə vaxtdan görünüb ki, xalq deputatı danışığına görə kiməsə izahat verməlidir. Harada görünüb ki, deputatlar iki qrupa bölünsün. Bütün bunlara görə sessiya çağırılmalıdır.

Hörmətli Əbülfəz Elçibəy, Azərbaycanın çıxış yolu bundadır. Əgər sessiya çağırılmasindan, spikerin dəyişilməsindən qorxursunuzsa, ya Azərbaycan getməlidir, ya İsa Qəmbər.

X X X

İMAN ABBASOV\MÜƏLLİM\: O dövr xalqımızın həyatında çox acınacaqlı bir dövr idi. Azərbaycanda bərbad vəziyyət yaranmışdı. Ölkəmizin bir hissəsində- Gəncə bölgəsində qan tökülmüşdü. Respublikamızın o vaxtkı rəhbərliyi düzgün siyasət yeritməyərək, çoxlu səhvlərə yol vermişdi. Gəncəyə qoşun yeridilmişdi. Belə bir şəraitdə hamının gözü böyük ümidlə Naxçıvana dikilmişdi. Heydər Əliyev xalqımızın ümidini doğruldaraq Bakıya gəldi.

O vaxt Milli Məclisin iclaslarındakı çıxışlarda da qeyd olundu ki, indi xalq yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edir. Hamı başa düşürdü ki, Azərbaycanı bu vəziyyətdən yalnız dövlətçilikdə böyük təcrübəyə malık Heydər Əliyev çıxara bilər. Belə də oldu.

ETİBAR İMAMVERDİYEV\İQTİSAD ELMLƏRİ NAMİZƏDİ\: Xalq cəbhəsinin hakimiyyət dövrü də yadımızdadır. Yəni, bu, çox uzaq tarix deyil. O dövrdə ölkəmizi qruplaşmalar, özbaşınalıq,- xatırlayırıq ki, avtomatla instituta gəlirdilər,- anarxiya bürümüşdü. Təbii ki, bu da uzun müddət davam edə bilməzdi. Xalq belə vəziyyətə dözə bilməzdi. Çıxış yolu axtarmalıydı. Dövlətçiliyi yaxşı bilən bir şəxs hakimiyyətə gəlməli, ölkəmizi böhrandan çıxarmalı idi.

NƏSİRƏ RƏHİMOVA \MÜƏLLİM.GƏNCƏ\: Yaxşi ki, bizim müdrik rəhbərimiz Heydər Əliyev var imiş. Yaxşı ki, xalq həmin çətin məqamda dərk etdi ki, onu bu bəlalardan yalnız Heydər Əliyev çıxara bilər. Ona görə də bütün Azərbaycanın, Gəncə əhalisinin də yeganə arzusu bu idi ki, Heydər Əliyev hakimiyyətə gəlsin.

Şükürlər olsun ki, iyunun 9-da Heydər Əliyev Bakıya gəldi və vətəndaş müharibəsinin qarşısını aldı, xalqımızı bu bəladan xilas etdi.

VƏLİ RZAYEV\GƏNCƏ GİL-TORPAQ İSTEHSALAT BİRLİYİNİN ŞÖBƏ MÜDİRİ\: Əgər cəbhəçilər indiyə kimi qalsaydılar heç Gəncə də yox idi, bu zavod da. 1993-cü ildə xalq cəbhəsinin nümayəndələri direktoru, baş mühəndisi və məni saldılar zavodun içərisinə ki, bu zavod niyə işləyir? Bu idi cəbhəçilərin bizə göstərdikləri “qayğı”. O vaxtı Ali Sovetdə Gəncəni təmsil edən deputat Mürşüd Məmmədov deyirdi ki, bu zavod köçürülməlidir. Guya bu zavod millətə ziyan verir. Amma hazırda Gəncədə işləyən yeganə müəssisə budur. Burada 2800 nəfər adam işləyir. Orta hesabla 15 min adam bu zavodla dolanır.

ƏBÜLFƏZ VƏLİYEV\MÜHƏNDİS\: 1993-cü ildə Gəncədə qardaş qanı töküldü. O vaxtdan bəri həmin indiki bəylər özlərinə gündə bir qurum yaradırlar. Məsələ burasındadır ki, onlar həmin qurumlara layiqli bir rəhbər də seçə bilmirlər. Həmin qurumları üç gündən bir dağıdıb ona başqa ad verirlər. Belə hərəkətlərlə onlar öz iç üzlərini açırlar. Gəncədəki qardaş qırğınını da özləri yaratmışdılar. Sonradan iş başqa şəkil alanda onu sakitləşdirməyə çalışdılar. Bacarmadılar.

APARICI: Özlərini çarəsizlik girdabına salan cəbhəçilər xilas yolu axtarırdılar. Ona görə də Ali Sovetin deputatı Mətləb Mütəllimovun başçılığı ilə Gəncəyə deputat istintaq qrupu göndərilir.

MƏTLƏB MÜTƏLLİMOV \DEPUTAT İSTİNTAQ KOMİSSİYASININ SƏDRİ\: Biz Surət bəylə söhbətimizi məcraya salıb, ondan sonra sizi maraqlandıran suallara cavab verərik. Amma, ümumiyyətlə, deməliyəm ki, amnistiya haqqında belə bir qərar verməkdən məqsəd odur ki, belə bir faciə baş verib. Bu, araşdırılacaq, ona həm hüquqi, həm də siyasi qiymət veriləcək. Tərəflərdə elə təsəvvür yaranmasın ki, bunun qorxulu nəticəsi ola bilər, kimlərsə tutula bilər.

Həmin amnistiya dövlət səviyyəsində yüksək vəzifəli şəxslərə tətbiq olunmur. Amnistiya özlərindən asılı olmayaraq bu hadisənin iştirakçısı olmuş, sıravi əsgərlərə, onların komandirlərinə tətbiq ediləcək. Qaldı ki, qoşunun yeridilməsi, orada vəzifəli şəxslərin iştirakı komissiya tərəfindən müəyyənləşdiriləcək, ona həm hüquqi, həm də siyasi qiymət veriləcəkdir.

NEMƏT PƏNAHOV: Aydın məsələdir ki, dövlət səviyyəsində əmr verilibsə, orada iştirak edən istər hərbçilər, istər əsgərlər onsuz da cinayətkar deyillər. Onlar dövlətin verdiyi əmri icra ediblər. Üstəlik orada nə əsgərlər, nə də sıravi polis işçiləri bu cinayətdə iştirak etməyiblər. Həmin cinayət onlara heç vaxt tətbiq edilə bilməz. Onlara amnistiya verilməsi, sadəcə olaraq, gülüncdür. Bu, dövlət tərəfindən verilən əmrlərdir, törədilən cinayətdir. Ona görə də burada dövlət səviyyəsində əmr verənlər mühakimə edilməlidir. Əmri kim verib, bu qoşun Gəncəyə niyə gəlib? Bunlar aydınlaşdırılmadan amnistiyanın verilməsi, sadəcə olaraq, hakimiyyət strukturlarının yeni bir oyunudur.

 

SURƏT HÜSEYNOV: Məni maraqlandıran odur ki, komissiya bura gəlib, yəqin ki, vəziyyət barədə arayış yazılacaq. Həmin arayışın bir nüsxəsi də bizə verilməlidir. Sonra gedib Bakıda nə danışacaqsınız, onlar sizi necə başa düşəcək, bunlar şəxsən bizi maraqlandırmır. Bu, komissiyanın işidir. Mənim fikrimə dair sizin rəyinizi bilmək istəyirəm.

MƏTLƏB MÜTƏLLİBOV: Surət bəy, mən təəssüf edirəm, bəzi məsələlər var ki, istəyirdim söhbətimizin əvvəlində onları sizin nəzərinizə çatdırım. Yəqin ki, həmin məsələlərə qayıdarıq. Amma sizin fikirlə əlaqədar deyim ki, birinci növbədə, sizinlə məsləhətləşək ki, biz hələ Bakıda heç kəsi dindirməmişik. Birinci, iş planı tərtib etmişik ki, Gəncədə nə iş görəcəyik, Bakıda nə iş görəcəyik. Kimləri dindirəcəyik. Ona görə də işimizi necə qurmaq barədə sizinlə məsləhətləşmək istəyirəm. Bir variantda ola bilər ki, deputat-istintaq komissiyası burada hadisə yerinə baxa bilər, beş-altı nəfər dindirə bilər, sizdə olan sənədlərin əslini və yaxud surətlərini götürə bilər. Sonra da gedib Bakıda prezidentdən tutmuş, ta komandirə qədər dindirəndən sonra Milli Məclisdə beş-on gündə bu əməliyyatın dövlət tərəfindən hazırlanıb-hazırlanmadığı, burada kimlərin iştirakı, günahı olduğu araşdırılır. Əsas qiymət bu cür verilə bilər.

İkinci variantda ola bilər ki, bu komissiya məsələləri araşdırıb siyasi qiymətini verə bilər, eyni zamanda istintaq aparan qrupun da, - Milli Məclisin qərarı ilə həmin qrup onun öz nəzdində fəaliyyət göstərir, - sizin də istədiyiniz şəxslər orada iştirak edə bilər. Əlavə istintaq qrupu da yaradıla bilər və həmin qrup heç bir prokurora tabe olmaz.

Əgər siz bizim komissiyaya inansanız, etibar etsəniz, o, həm bu məsələlərə siyasi qiymət verər, həm də ekspert qruplarının fəaliyyətinə nəzarət edər. Biz açıq danışaq, indi baş prokuror kim olacaqsa, kim təminat verə bilər ki, baş prokuror hər hansı bir təsir olacaq, ya olmayacaq. Amma bir də var ki, komissiyanın tabeliyində olan yeddi nəfərdən ibarət o qrup işləyəcək, hazırda da işləyir. Bu, xüsusi hallarda yaradılan deputat-istintaq komissiyasının səlahiyyətinə aid olan məsələdir. Həmin qrup deputat-istintaq komissiyasının nəzdində fəaliyyət göstərə bilər, bilavasitə bu komissiyaya tabe ola bilər, burada da işi tamamlayıb, buradan da məhkəməyə verilə bilər. Bununla da, hadisəyə həm siyasi, həm də hüquqi qiymət verilə bilər. Bilmək istəyirəm ki, siz nə məsləhət görürsünüz.

Biz çalışacağıq ki, beş-on günə öyrənək, görək bu hadisələr dövlət orqanlarında kimlərin əli ilə törədilib. Biz bu müddətdə hadisələrə siyasi qiymət verə bilərik. Hüquqi qiymətini isə istintaq gedə-gedə nəzarətimiz altında maksimum dərəcədə çalışarıq ki, operativ olaq. Heç bir orqanın müdaxiləsi olmadan məhkəməyə verə bilərik. Onun gedişinə nəzarət edə bilərik. Bu barədə sizin fikriniz nədir?

SURƏT HÜSEYNOV: Siz məni yaxşı tanıyırsınız, mən konkret adamam. Ona görə mənim də verdiyim təkliflər əsasında komissiya burada iş görməlidir. Onlar öz fikirlərini burada arayış şəklində yazıb bizə verməlidirlər. Burada söhbət bir dövlətdən, bir də məndən gedir. Düzgün? Mənə elə gəlir ki, burada lazımi qədər şahid, sənədlər var. Mənə elə gəlir ki, siz öz fikrinizi bunlar əsasında yaza bilərsiniz. Amma yenə də deyirəm, arayışın bir nüsxəsini mənə verməlisiniz. Bir nüsxəsini də Bakıya apararsınız. Orada prezident günahkardır, İsa bəy, Pənah bəy günahkardır – bunlar sizin işinizdir. Bu məsələni gedib Bakıda araşdıra bilərsiniz. Burada həmin məsələyə aid lazımi qədər faktlar, şahidlər var. Sizə hər cür şərait yaradılacaq ki, burada törədilən hadisə barədə tam həqiqəti biləsiniz.

Məni şəxsən maraqlandıran o məsələdir ki, siz burada bir gün, iki gün, nə qədər məsləhət görəcəksinizsə, bu məsələni araşdıracaqsınız. Amma yekun arayışı burada yazılmalı, bir nüsxəsi də bizə verilməlidir.

MƏTLƏB MÜTƏLLİMOV: Surət bəy, yaşınızın azlığına baxmayaraq, siz, həqiqətən, uzaqgörən adamsınız. Həm də çox gözəl təklif edirsiniz. Əgər komissiya qarşısına məqsəd qoyubdursa ki, bu hadisə kimlər tərəfindən törədilib və bu proses necə başlayıb, ona kimlər rəhbərlik edib, nəticəsi nə olub, bunları öyrənmək üçün ittiham olunan adamlar dindirilməsə, istintaq komissiyası deyə bilməz ki, günahkar kimdir.

Onu da sizə deyim ki, komissiyanın üzvləri bu işə qoşulmaqla öz həyatlarını müəyyən qədər riskə qoyublar. Biz gizlətmədik, bayaq da açıq dedik ki, özümüzü burada evimizdəki kimi sərbəst hiss edirik. Tam əmin olun ki, biz sizinlə tanış olandan sonra haqqınızda kifayət qədər məlumatımız var. Həqiqətən, siz xalqımızın ləyaqətli oğullarından birisiniz.

Amma yenə də deyirəm, siz özünüz də bilirsiniz ki, istintaqın öz qaydası var. Əli bəy də burada iştirak edir. Biz iki gün ərzində gördüyümüz işlər haqqında, lazım gəlsə, sizə arayış da verə bilərik. Eyni zamanda, mən sizi əmin etmək istəyirəm ki, 5-10 günə adamlar dindiriləndən, sənədlər yığılıb ortaya qoyulandan sonra konkret bilinəcək ki, bu hadisə kimin təşəbbüsü, imzası ilə baş verib. Haradan başlanıb, harada qurtarır və günahkar kimdir, kim vəzifəsindən götürülməlidir, kim cinayət məsuliyyətinə cəlb olunmalıdır.

SURƏT HÜSEYNOV: Burada 6 növ ordu olub. Demək, burada prezidentin şəxsi qvardiyası, bələdiyyə polisi, daxili qoşunlar, xüsusi təyinatlı polis dəstəsi, Milli Təhlükəsizlik Nazirliyinin xüsusi qrupu, Milli Ordu olub. Bu 6 növ ordunu bir adama Ali Baş Komandandan başqa heç kim tabe edə bilməz.

Mən yenə də deyirəm, əgər uşağı gətirib burada dindirsək, danışdırsaq, istər-istəməz deyəcək ki, bunu Ali Baş Komandan edib. Bu əmri, sərəncamı o verməlidir ki, bu ordular bir adama tabe olsun. Prezidentdən başqa, nə İsa bəyin, nə Pənahın, nə də heç kimin buna ixtiyarı yoxdur. Cünki prezident baş komandandır.

AYPARA ƏLİYEV: Əslində, burada obyekt də, subyekt də məlumdur. Adamı narahat edən odur ki, yəni, biz nəyi axtaracağıq? kimin cinayətinin çox olmasını? Hökmlər veriləndə onun dərəcələri olur. Təkcə bunu araşdırmağa ehtiyac qalacaqdır. Hər şey aydındır. Surət bəy çox qəşəng dedi: hər iki tərəf buradadır, yəni cinayətkarın da nümayəndələri, zərərçəkən də buradadır. Biz artıq fakt qarşısındayıq. Bu, Xocalı faciəsi deyil, iqtidar desin ki, burada müxalifətin, müxalifət desin ki, iqtidarın əli vardır. Burada əmr verən də, zərərçəkənlər də aydındır.

SURƏT HÜSEYNOV: Birinci növbədə, cəbhə bəyanat verib məni xain adlandırdı. Əgər Əbülfəzin səlahiyyətli nümayəndəsi xaindirsə, Əbülfəzin özü dünəndən xaindir.

APARICI: Mətləb Mütəllimovun rəhbərlik etdiyi deputat-istintaq komissiyası çoxlarının gözlədiyi kimi, Surət Hüseynovun sözü və mövqeyi ilə Bakıya əliboş qayıtdı. Surət Hüseynovun hərbi dəstələrindən qorxuya düşən və çarəsiz qalan cəbhəçilər başqa çıxış yolları aramaq məcburiyyətində qaldılar. Onlar çıxış yolunu təzə bir müşavirə çağırmaqda gördülər.

Danışıqlar, nitq irad edənlər təbii ki, çox oldu. Ancaq xalqı bu ağır vəziyyətdən, başlamaqda olan vətəndaş müharibəsindən qurtarmaq üçün çıxış yolu göstərən olmadı.

Özlərinin yaratdıqları bu böhranlı vəziyyətdən başını itirən cəbhəçilər artıq neylədiklərini, yaxud neyləmək istədiklərini bilmirdilər. Xalq da, təbii ki, onlardan və onların yaratdıqları bu qanunsuzluqdan bezmişdi.

Iyunun 12-də axşam saat 10.00-da respublika televiziyasında Ali Sovetin sədri İsa Qəmbərovun istefa ərizəsi ilə müraciət etdiyi, bazar günü olmasına baxmayaraq, Milli Məclisin təcili növbədənkənar iclasinin keçiriləcəyi elan olundu. Həmin iclasda yadda qalan maraqlı məqamlar çoxdur. Kimin kimliyi, hansı əqidənin sahibi olduğu orada bir daha aşkarlandı. Məlum oldu ki, üzdəniraq bəzi millət vəkilləri Vətənin, xalqın bu dar, çətin günündə şəxsi və qrup maraqlarından yenə də əl çəkmək istəmirlər, ölkədəki çox gərgin, mürəkkəb vəziyyəti araşdırıb vətəndaş qarşıdurmasını dəf etmək əvəzinə, öz çirkin mənafelərini hər şeydən üstün tuturlar.

Rəhim Qazıyevin və ona züy tutan bəzi deputatların Surət Hüseynovun vəkili kimi danışması, vəziyyətin öz axarına düşdüyünü, gərginliyin aradan qaldırıldığını görüb buna mane olması və Gəncədə sessiya çağırılması kimi əcaib təkliflər irəli sürməsi onların məkrli niyyətlərindən xəbər verirdi.

Diqqəti çəkən başqa bir məsələyə də fikir verin. Dünənə qədər Milli Məclisin iclaslarının canlı yayımla efirə getməsinin qəti əleyhdarı olan Tamerlan Qarayev indi, nədənsə, bismillah eləməmiş iclasın efirə getməsi təklifi ilə çıxış edir.

RESPUBLİKA ALİ SOVETİNİN 1993-CÜ İL İYUNUN 13-DƏ KEÇİRİLMİŞ NÖVBƏDƏNKƏNAR İCLASINDAN

XRONİKA

TAMERLAN QARAYEV: Təklif var ki, bizim bugünkü Milli Məclisin növbədənkənar iclası birbaşa televiziya ilə translyasiya olunsun. Bu barədə müraciətlər olub. Bilirsiniz ki, bu gün buraya müəyyən siyasi partiyaların, ictimai-siyasi hərəkatların nümayəndələri gəlmək istəyirdilər. Onlara söz verdik ki, Milli Məclisdə məsləhətləşərik. Bazar günüdür, hamı öz evində otursun, sakit şəraitdə iclasın gedişini izləsin, həm də belə vəziyyət bizə də iclası sakit aparmağa imkan verər. Bu barədə nə fikir var?

MƏTLƏB MÜTƏLLİMOV: Biz, deputat-istintaq komissiyasıın üzvləri fövqəladə iclasla əlaqədar indicə Gəncədən gəlmişik. Biz dünən orada yerli şəraitlə tanış olduqdan sonra məlum oldu ki, bu münasibətlərin gərginləşməsində, qarşıdurmada bir sıra amillər var ki, onlardan biri də televiziyadır, informasiya mərkəzləridir. Hətta Milli Məclisin o iclası ki, birbaşa televiziya ilə verilmişdi, orada çoxlu lazımsız sözlər deyilmişdi. Burada bəziləri özü heç bir iş görməsə də, natiqliyini göstərmək üçün kefi istədiyini danışır. Bu da istər-istəməz indiki gərgin şəraitdə olduqca pis qarşılanır. O tərəfdə də camaat çox narahatdır. Hətta mitinqlər gedir, gənginlik var.

Bu gün burada elə bir məsələ müzakirə olunur ki, iclasda deyilən hər bir söz çox pis, əks reaksiya verə bilər. Bu nöqteyi nəzərdən belə hesab edirəm ki, bu təşəbbüs indiki şəraitə uyğun deyil. Bu, deputat-istintaq komissiyasının da işinə mənfi təsir göstərə bilər. Ona görə də Milli Məclisin üzvlərindən xahiş edirəm ki, bu təklifi qəbul etməsinlər.

TAMERLAN QARAYEV: Mənə elə gəlir ki, biz bu gün gündəliyə deputat-istintaq komissiyası, eləcə də Gəncə hadisələri ilə əlaqədar məsələ salmamışıq.

MİRMAHMUD FƏTTAYEV: Mətləb bəyin bütün dedikləri ilə tam şərikəm. Sizin dediyiniz axırıncı cümlə ilə razı deyiləm. Çünki bugünkü məsələnin özü də bilavasitə bu və ya digər formada, istər birbaşa, istər dolayısı ilə Gəncədə baş verən hadisələrlə əlaqədardır. Orada qoyulan tələblərlə əlaqədardır.

Sizin dediyiniz kimi, gündəlikdə bir məsələ durur. Həmin bu məsələnin sonradan televiziya ilə verilməsi bir problem yaratmaz. Ona görə də belə hesab edirəm ki, burada bir məsələ müzakirə edildiyinə görə televiziya ilə birbaşa yayıma ehtiyac yoxdur.

RƏHİM QAZIYEV: Mən bura gəlməmişdən təxminən bir saat qabaq Surətlə danışdım. O mənə dedi ki, yaxşı olar ki, parlamentin sədri istefa versin, parlamentdən bir qrup Gəncəyə gəlsin, məsələ ilə tam tanış olub qayıdandan sonra sessiya davam etdirilsin. Məclis yox, sessiya.

TAMERLAN QARAYEV: Sizin təklifinizi biz ayrıca müzakirə edərik. Televiziya barəsində kimin nə fikri var desin, bu məsələni qurtaraq.

MƏTLƏB MÜTƏLLİMOV: Tamerlan bəy, siz deyirsiniz ki, deputat-istintaq komissiyasının işini müzakirə etmirik. Amma, hər halda, müzakirələr zamanı istər-istəməz həmin məsələlərdən bəhs olunacaq. Ona görə də bir də sizdən xahiş edirəm ki, bu vəziyyəti nəzərə alaraq birbaşa translyasiya olmasın. Əgər bugünkü iclas birbaşa translyasiya olunarsa, mən məclis qarşısında həmin komissiyanın sədrliyindən imtina edəcəyəm.

MÜRŞÜD MƏMMƏDOV: Bu gün respublika elə çətin siyasi qarşıdurma vəziyyətindədir ki, yəni, birbaşa Gəncə hadisələri ilə bağlı olmasa da, ölkəmizdəki durumla bağlı burada istər-istəməz söhbətlər gedəcək. Ona görə mən də Mətləb Mütəllimovun təklifini müdafiə edirəm.

TAMERLAN QARAYEV: Rəylər hamısı mənfidir. Bunu səsə qoymağa ehtiyac varmı? Deməli, belə fikrə gəldik ki, sessiya birbaşa translyasiya olunmasın. Gündəliyin müzakirəsinə keçirik.

Gündəlikdə bir məsələ var. Bildiyiniz kimi, dünən televiziya vasitəsilə çatdırıldı ki, Ali Sovetin sədri İsa Yunis oğlu Qəmbərov istefası ilə əlaqədar ərizə ilə müraciət edib. Biz bu məsələni gündəliyə salırıq. Bu məsələni həll edəndən sonra Ali Sovet sədrinin seçilməsi məsələsi də gündəliyə gəlir. Bu məsələnin gündəliyə salınması ilə bağlı münasibətinizi bildirin. Qəbul edildi.

İSA QƏMBƏROV: Hörmətli millət vəkilləri!

Hörmətli xanımlar və bəylər!

Mən dünən ərizəmi yazmışam. Bu, televiziyada səsləndirildi. Mənə elə gəlir ki, məsələnin bu tərəfini geniş müzakirə etməyə ehtiyac yoxdur.

İstefamın səbəblərini qısa da olsa, göstərmişəm. Mənə elə gəlir ki, siz bu addımımı düzgün qiymətləndirəcəksiniz. Azərbaycan dövlətçiliyinin qorunması və vətəndaş müharibəsinin aradan qaldırılması üçün belə bir addım atdım. Mən istəyirəm ki, Azərbaycanda mövcud konstitusiya çərçivəsində, mövcud qanunlar çərçivəsində addımlar atılsın. Elə bir şərait yaranmasın ki, ayrı-ayrı şəxslərə görə qeyri-qanuni strukturların yaranması, vətəndaş qarşıdurmasının güclənməsi baş versin. 

Təbii ki, mən parlament fəaliyyətimi sizinlə birgə davam etdirəcəm və bu bir illik fəaliyyətimə görə də istər xalq qarşısında, istərsə də parlament qarşısında həmişə cavab verməyə hazıram. Qalan məsələləri isə siz həll edəcəksiniz.

TAMERLAN QARAYEV: Bu məsələ barədə kimin fikri var.

RƏHİM QAZIYEV: Ali Sovetin sədrinin istefası qəbul edildikdən sonra xahiş edirəm, mənim təklifimi səsə qoyasınınz. Birinci, sədr seçilməmişdən qabaq gündəliyə sessiyanın cağırılması qoyulsun. Sessiyanın çağırıldığı gün təyin olunandan sonra böyük bir qrup - Ali Sovetin sədri nəzərdə tutulan adam başda olmaqla – Gəncəyə getsin, vəziyyətlə tanış olsun, sonra sessiya işini davam etdirsin. Xahiş edirəm səsə qoyun.

TAMERLAN QARAYEV: Aydındır. Biz bu məsələnin müzakirəsini qurtarandan sonra sizin təklifi müzakirə edərik. Başqa heç kimin sözü yoxdur?

Onda mən qərar layihəsini səsləndirirəm: Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: İsa Yunis oğlu Qəmbərovun istefa haqqında ərizəsi nəzərə alınaraq, o, Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsindən azad edilsin.

Qərar layihəsinə dair bir təklif yoxdur ki?

Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin. Qərar qəbul edilir.

Deputat Qazıyevin təklifi səsləndirildi, siz eşitdiniz. Xahiş edirəm bu təklifə dair fikirlərinizi söyləyəsiniz.

ARİF RƏHİMZADƏ: Mən belə hesab edirəm ki, Ali Sovetin sədri vəzifəsini bir gün də olsa boş qoymaq olmaz. Vəziyyət həqiqətən çox gərgindir. Deputat Qazıyev təklif edir ki, sədrliyə məsləhət görüləcək adam özü də nümayəndə heyətinin tərkibində Gəncəyə getsin. Mən isə təklif edərdim ki, Milli Məclisin sədri seçıləndən sonra getsin Gəncəyə. Bir sözlə, təklifim budur ki, indi Milli Məclisin sədri məsələsini həll edək.

KAMRAN RƏHİMOV \Ali Sovetin deputatı\: Rəhim Qazıyevin dediyi təkliflə razıyam. Deputatlar Gəncəyə gedib məsələni orada obyektiv müzakirə etsələr, əlbəttə, yaxşıdır. Lakin mən o təklifin də tərəfdarıyam ki, Ali Sovetin sədrini seçək , deputatlar onunla birlikdə Gəncəyə getsinlər. Lazim olsa, Ali Sovetin sədri orada sessiya çağırıb məsələni müzakirə edə bilər.

RAUF İSMAYILOV: \Ali Sovetin deputatı\: Tamerlan bəy, Ali Sovetin sədrinin istefası qəbul edildi. Mən Rəhim müəllimin xətrini çox istəyirəm, amma respublikamızdakı bu qarşıdurma vəziyyətində Ali Sovetinin sədri vəzifəsini heç çur boş saxlamaq olmaz. Rəhim müəllimi başa düşürəm , təklifi də yaxşıdır, amma bu gün biz ilk növbədə sədri seçməliyik.

İNQİLAB NADİROV\ Ali Sovetin deputatı\: Rauf İsmayılovun fikri ilə tamamilə şərikəm. Hesab edirəm ki, indiki vəziyyətdə birinci sədr məsələsini həll etmək lazımdır, bunu həll edəndən sonra həmin adam nümayəndə heyəti ilə birgə Gəncəyə gedib vəziyyətlə tanış olar, göstərişlərini də verər. Ona görə təklif edirəm ki, bu məsələ indiki iclasda həll olunsun.

ARAZ ƏLİZADƏ\Ali Sovetin deputatı\: Tamerlan bəy, əvvəlcə öyrənək görək ki, Ali Sovetin deputatlarından burada neçə nəfər iştirak edir. Bu, çox ciddi məsələdir. Bilirsiniz ki, Ali Sovetin sədrini Ali Sovet seçir. Milli Məclis onun istefasın qəbul edə bilər. Amma mən istərdim ki, hüquqşünaslar bir arayış versinlər ki, Ali Sovetin sədrinin Milli Məclisdə seçilməsi nə qədər qanunauyğundur?

TAMERLAN QARAYEV: Milli Məclis haqqındakı qanuna müvafiq olaraq, Milli Məclis Ali Sovetin sədrini seçə bilər.

ARAZ ƏLİZADƏ: Tamerlan bəy, mən xahiş etdim ki, burada olan deputatların sayı müəyyən edilsin. Bəlkə də Milli Məclis kimi yox, Ali Sovetin sessiyası kimi fəaliyyətimizi davam etdirək. Surət bəyin qoyduğu iki tələb var idi. Biri Prezidentin istefası, biri də Ali Sovetin sessiyasının çağırılması. Heç olmasa, bunun bir təklifini həll edib, sonra onun yanına getmək lazımdır. Bu məsələləri həll etməmək, mənə elə gəlir ki, qarşıdurmanı artırır.

TAMERLAN QARAYEV:Burada siz deyən mənada deputatlar kifayət qədər iştirak etmir. Qeydiyyatı özünüz də keçirə bilərsiniz. O ki qaldı sessiyanın çağırılmasına, sizə keçən dəfə mən bu barədə izahat vermişdim. Sessiyanı Ali Sovetin sədri çağırır. Ali Sovetin sədri istefa verib, deməli, sessiyanı onun birinci müavini çağıra bilər. Bu məsələ müzakirə olunmamış mən heç bir qərar qəbul edə bilmərəm.

Rəhim bəy, siz təkid edirsiniz ki, təklifiniz səsə qoyulsun?

RƏHİM QAZIYEV: Bəli, istəyirəm mənim təklifim səsə qoyulsun. Hər halda, burada Gəncə hadisələrinə, Surət Hüseynovun təkliflərinə qarşı bir etinadsızlıq var. Ona görə də mən xahiş edirəm səsə qoyun. Mən bu barədə hər ikimizin adından danışıram.

SABİR RÜSTƏMXANLI: Mənə elə gəlir ki, respublikada yaranmış bu vəziyyət bizim hamımızı narahat edir. Cəbhədə dünəndən başlayan hücum əməliyyatı, kəndlərimizin alınması, bu gün həmin hücumlar davam edir. Əvvəlcə mənə elə gəlirdi ki, bütün siyasi mübarizələrin mayasında torpaq dayanır və torpaq müdafiə olunmalıdır.

İsa bəyin istefasının bir əsas səbəbi də respublikada sabitliyin qorunmasıdır, vətəndaş sülhüdür, camaatın ürəyinə bir toxtaxlıq verməkdir. Başqa siyasi qüvvələrin də ümumi işimizə cəlb olunmasıdır və s. Çoxlu arqumentlər var. Amma bunların hamısından söhbət getmir. Bu gün yenə də sessiyanın çağırılması fikri səslənir, biz yenə də sessiya oyununu davam etdirməliyik, yoxsa, nəhayət, yığılıb ümumi qərara gəlməliyik.

Bu gün prezident də yoxdur. Biz bilmirik kim bu söhbətləri aparır, kim razılaşıb, kimin getməyindən, kimin gəlməyindən söhbət gedir. Bu şeyin axırında hansı qarantiya durur, necə olacaq ki, ümumi, ortaq bir fikir yaranacaq. Surət Hüseynovla danışıq aparılıbmı? Atdığımız bu addım respublikada sabitlik yarada biləcəkmi? Bunların heç birindən söhbət getmir. Gərək prezident bu gün burada olaydı, öz sözünü deyəydi. Bu işlərin başında o dayanır, rəhbərlik edir, ümumi razılığa o gəlir. Bu işlərdən bizim xəbərimiz olaydı. Kor-koranə burada oturmuşuq.

ARİF RƏHİMZADƏ: Mən Gəncəyə gedən ilk komissiyanın tərkibində olan adam kimi demk istəyirəm ki, həqiqətən Surət Hüseynovun tələblərindən biri sessiyanın çağırılması idi. İkinci tələbi ondan ibarət idi ki, rəhbərlikdə olan şəxslər istefa versinlər. Mən hesab edirəm ki, onun tələbinin biri artıq yerinə yetirildi. Bu gün İsa Qəmbərov istefa verdi. Hesab edirəm ki, biz indi Milli Məclisin sədrini seçəndən sonra o biri məsələləri həll etmək mümkündür.

XEYRULLA ƏLİYEV: Əslində, mənim demək istədiklərimi Arif bəy dedi. Mən də onun fikrini müdafiə edirəm. Bu, heç də o demək deyil ki, Surət bəyin təklifləri diqqətdən kənarda qalıb. Qoy bu gün sədr məsələsini də həll edək. Sessiyanı biz həmişə çağıra bilərik.

NADİR MEHDİYEV \Ali Sovetin deputatı\: Rəhim Qazıyevlə tamamilə razıyam. Burada oturan deputatların əksəriyyəti bilir ki, Ali Sovetin sədrliyinə kim seçiləcək. İndi istəyirlər ki, tezliklə bunu həll etsinlər. Səs verəcəklər, həmin adam da keçəcək. Ancaq məsələ bundadır ki, Gəncədə qan tökülür. O tələblər ki, Surət Hüseynovun adı ilə deyilir, biz də gərək həmin tələblərlə hesablaşaq. Mənə belə gəlir ki, gəlin Rəhim Qazıyevin təklifini təmkinlə, ağılla qəbul edək. Deputatlar Gəncədən qayıdandan sonra da sessiyanı keçirək. Sessiya deyə-deyə bütün camaatı ayağa qaldırmışıq. Ona görə də sədr məsələsini həmin sessiyada həll edərik.

18 mayda bu iş düzgün həll olunmayıbdır. Bütün səlahiyyətlər Milli Məclisə verilibdir. Bu, düz deyil. Burada oturan deputatlar sözlərimi təsdiqləyərlər. İndi də belə təkliflər eşidilir ki, tez sədri seçək, gedək Gəncəyə, sessiyanı sonra da çağıra bilərik. Onda kimə lazımdır bu sessiya? Sessiya ona görə çağırılmalıdır ki, orada Gəncə hadisələrini müzakirə edək. Mən demirəm ki, kim düz seçilib, kim düz seçilməyib. Bu saat məsələ ondan ibarətdir ki, biz gərək gəncəlilərin təklifini, tələblərini alaq, ona diqqətlə yanaşaq.

TAMERLAN QARAYEV: Mən xahiş edirəm, yerdən heç kəs danışmasın. Bütün mövqelər burada səsləndiriləcək, qərarı Milli Məclis qəbul edəcəkdir.

YAŞAR ƏLİYEV: Hörmətli sədr, müstəqil dövlətin ali qanunvericilik orqanının sədri seçilməlidir. Mənə elə gəlir ki, üstüörtülü nəzərdə tutulan, bu böhranlı vəziyyətdən çıxmağın yolunu bilən şəxsiyyət hallandırılır, amma adı çəkilmir. Hesab edirəm ki, biz istəsək də, istəməsək də o şəxsin burada iştirak etməsi vacibdir. Belə bir ağır vəziyyətində prezident də burada iştirak etməlidir. Ümumiyyətlə, belə böhran vəziyyətdə respublikanın iqtidarda olan bütün adamlarının burada iştirakı çox vacibdir.

Qaldı ki, indi Ali Sovet sədrinin seçilməyinə, bu gün sədr seçilməlidir. Sabah, birisigün keçirilən sessiyanı hazırlamaq, aparmaq lazımdır. Böhrandan çıxmaq yolları sessiyada sədr tərəfindən bildirilməlidir. Sessiya da ona öz münasibətini bildirməlidir. Mənə belə gəlir ki, sədr bu gün seçilməlidir. Sessiya haqqında qərar lazımdırsa, onu da qəbul edək. İmkan yaradaq ki, yeni seçilmiş sədr sessiyanı hazırlasın.

ƏDALƏT RƏHİMLİ \Ali Sovetin deputatı\: Hörmətli Tamerlan bəy, hörmətli millət vəkilləri. Bu bir neçə gündə respublikamızda yaranmış son dərəcə faciəli vəziyyət məni emosiyaya varmadan danışmağa sövq edir. Lakin ətrafdakı yoldaşlarımızın, burada oturan deputatların bəzi çıxışları məni istər-istəməz bir neçə məntiqi sual verməyə məcbur etdi.

Hörmətli Nadir müəllim, siz bəzi deputatların sözlərini təkrar edərək deyirsiniz ki, Surət bəyin və gəncəlilərin təklifini yerinə yetirmədən heç bir iş görmək olmaz. Sizə bir sualım vardır. Naxçıvanda, yaxud Lənkəranda bir qrup adam, Qusarda bir qrup adam bu təklifləri, tələbləri qoysa, onda biz necə hərəkət etməliyik?

TAMERLAN QARAYEV: Başqa təklif yoxdur?

ETİBAR MƏMMƏDOV: Bu gün burada Azərbaycanın taleyində çox mühüm məsələ həll olunur. Ona görə də burada prezidentin iştirakı vacibdir. Mən təklif edirəm ki, fasilə elan olunsun. Prezident gələndən sonra iclas davam etdirilsin.

VAHİD ƏHMƏDOV: Məsələ çox ciddidir. Müəyyən danışıqlar gedir. Hamımızın bundan xəbərimiz var. Təklif edərdim ki, prezident Əbülfəz Elçibəy buraya dəvət olunsun. 15 dəqiqəlik fasilədən sonra işimizi davam etdirək.

X X X

15 dəqiqəlik fasilədən sonra sessiya öz işini davam etdirdi.

TAMERLAN QARAYEV: Mən xahiş edirəm, bir də cənab prezidenti dəvət edəsiniz ki, biz işimizi davam etdirə bilək. Yetərsay var. İşimizi davam etdirə bilərik. Əvvəla, mən məcburam ki, işimizin pozulmasına, fasilənin verilməsinə görə sizin qarşınızda üzr istəyəm.

Müzakirə etdiyimiz məsələlərlə bağlı işimizdə müəyyən cətinlik yaranıbdır. Bizdə hər şey açıq olmalıdır. Mən xahiş edərdim ki, vəziyyət barədə tam aydınlıq yaranması üçün Əbülfəz bəy məlumat versin. Ya da mən özüm məlumat verim.

ƏBÜLFƏZ ELÇİBƏY: Buyurun etiraz etmirəm.

TAMERLAN QARAYEV: Milli Məclis üzvləri bilməlidirlər ki, dünən axşam təxminən saat 10.00-da elan verilib, Məclis toplanıbdır. Biz hamımız buraya televiziyada verilən elanla əlaqədar yığışmışıq. İsa Qəmbərin ərizəsi oxundu. Mən bilirdim ki, İsa bəy istefaya gedir – Milli Məclisin növbədən kənar sessiyası yığıldı. İsa bəyin istefasını qəbul etdik və iclasın gündəliyində Milli Məclisin sədrinin seçilməsi məsələsi var. Hamı da başa düşür ki, söhbət Heydər bəydən gedir. İndi ölkədə çətinliklər yaranıbdır. Heydər bəy, mən xahiş edirəm ki, Milli Məclis üzvlərinə bu barədə siz özünüz müraciət edəsiniz, vəziyyəti izah edəsiniz ki, biz bir nəticəyə gələ bilək.

RESPUBLİKA ALİ SOVETİNİN 1993-CÜ İL

İYUNUN 13-DƏ KEÇİRİLMİŞ SESSİYASINDA

CƏNAB HEYDƏR ƏLİYEVİN ÇIXIŞINDAN

-İyunun 4-də Gəncədə qanlı hadisələr baş vermiş, insan tələfatı, şəhərdə böyük dağıntılar olmuşdur. Bununla əlaqədar Gəncədə, ətraf rayonlarda və bütün Azərbaycan Respublikasında böyük gərginlik yaranmışdır və mürəkkəb vəziyyət mövcuddur. Mən bu hadisələrlə bağlı vicdanımın tələbi, cürbəcür təbəqələrdən olan adamların, Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin xahişi ilə Bakıya gəlmişəm. Mürəkkəb, ağır vəziyyətdən çıxış yollarının axtarılması, milli barışığın, həmrəyliyin təmin olunması prosesinə qoşulmuşam.

Mən əvvəllər də demişəm, bir daha deyirəm, - Gəncədə qan tökülüb, cinayət törədilib, böyük faciə baş veribdir. Ancaq bunun dərinləşməsinə heç vəchlə yol vermək olmaz. Azərbaycanın bütün vətənpərvər insanlarının hamısı birləşib bu ağır vəziyyətdən uğurla çıxmağa çalışmalıdır. Çıxış yolu ancaq danışıqlar, qarşılıqlı anlaşma, sülh və barışıq vasitəsi ilə ola bilər. Güc işlədilməməlidir. Bir daha silah işə salınmamalıdır.

Mənim fikrim budur. Mən vəziyyətdən çıxış prosesində bu prinsipləri əsas tutaraq iştirak edirəm. Bu günlərdə Azərbaycanın Prezidenti Əbülfəz Elçibəylə görüşlərimiz, söhbətlərimiz olubdur. Şəxsən fəaliyyətimin bu sahədə nə qədər səmərəli ola biləcəyini müəyyən etmək üçün Gəncə şəhərinə getmək qərarına gəlmişəm. Mən Gəncə şəhərinə gedib vəziyyətlə tanış olandan sonra gəlib təkliflərimi verə bilərəm. Bundan artıq bir şey deyə bilmərəm.

Fürsətdən istifadə edib, Gəncə şəhərində qanlı hadisələr nəticəsində tələf olmuş adamların bütün yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. Qardaşlarımızın, övladlarımızın həlak olması, böyük faciə ilə əlaqədar bu qəmli hadisəni bir dəqiqəlik sükutla bir daha yad etməyi rica edirəm.

Allah rəhmət eləsin.

Əgər Milli Məclisin üzvlərinin mənim bu təklifimə etirazı yoxdursa, bir saatdan sonra Gəncəyə yola düşərəm. Burada iştirak edən, yaxud iştirak etməyən müxbirlərin, televiziyanın, qəzetlərin işçilərinin mənimlə getmək arzuları varsa, xahiş edirəm, bir saatdan sonra Ali Sovetin binasının ətrafına toplaşsınlar. Mən buradan yola düşəcəyəm. Sağ olun.

TAMERLAN QARAYEV: Başqa təklif verən, fikir söyləyən varmı? Yoxdur.

APARICI: Bu iclasda yadda qalan ən tarixi məqam isə Heydər Əliyev şəxsiyyətinin, Heydər Əliyev qətiyyətinin bir daha təsdiqi oldu. Dünənə kimi, elə bu iclasın birinci hissəsində, Heydər Əliyev gələnə qədər biri-birini didən, təhqir edən bəzi üzdəniraq millət vəkilləri qınlarına çəkildilər, cəmi bir saat əvvəl dediklərini geri götürməyə başladılar. İndi bu salonda əyləşənlərin hər biri yaxşı başa düşürdü ki, artıq son illərdə sanki ənənəyə çevrilmiş sözgüləşdirmələr, qara-qışqırıq, hay-küy, bilərəkdən qarşıdurma yaratmaq cəhdləri daha kara gəlməyəcək. Çünki hadisələrin axarına bu milləti, bu dövləti hər cür hərbi təzyiqlərdən, siyasi böhranlardan xilas etməyə gücü və qüdrəti olan tarixi bir şəxsiyyət, şəriksiz və əvəzsiz lider Heydər Əliyev nəzarət etməyə başlamışdı.

TAMERLAN QARAYEV: Gəlin, bir məsələni dəqiqləşdirək. Burada bundan əvvəl Rəhim bəy də təklif vermişdi. Həmin təkliflə üst-üstə düşür. Yəni Gəncədəki vəziyyətlə tanış olmaq, danışıqlar aparılması üçün deputatlarla birgə sədrin getməsinə necə baxırsınız? İstəməzdim belə çıxsın ki, Gəncəyə səfər yalnız Ali Sovetin sədrinin seçilməsi ilə əlaqədardır. Oradakı vəziyyəti yatırtmaq, sülh yaratmaq, qarşıdurmanı dayandırmaq, bununla əlaqədar başqa deputatların bu işdə iştirakı barədə fikirlər varmı?

ARAZ ƏLİZADƏ: Mən təklif edirəm ki, 5-6 nəfərdən ibarət deputat qrupu yaradılsın. Milli Məclisin üzvləri və Milli Məclisə daxil olmayan deputatlar oraya gedək.

HEYDƏR ƏLİYEV: Mən istəmirəm ki, mənim Gəncəyə indiki səfərim deputat qrupunun səfəri olsun. Bir halda, dediyim kimi, mən buraya dəvət olunmuşam və bu prosesdə iştirak edirəm, mən gedib özüm bu işlərlə təkcə məşğul olmaq istəyirəm. Deputat qrupu göndərmək istəyirdinizsə, əvvəl göndərəydiniz. Ya bundan sonra göndərəydiniz.

Xahiş edirəm, bu işləri qarışdırmayın. Mənim oraya getməyim heç də Ali Sovetin sədri seçilməyimlə əlaqədar deyil. Xahiş edirəm, məsələni təhrif etməyin. Mən sadəcə olaraq, fikrimi Əbülfəz Elçibəyə də, sizin hamınıza da bildirdim ki, mən Gəncəyə getməliyəm. Bəlkə də dünən getməli idim, gedə bilmədim. Bu gün getməliyəm və artıq bunun müzakirəyə ehtiyacı yoxdur.

TAMERLAN QARAYEV: Deputat Mütəllimov.

MƏTLƏB MÜTƏLLİMOV: Mən deyilənlərə onu da əlavə etmək istəyirəm ki, artıq Milli Məclisdə deputat istintaq komissiyası yaradılmışdır. Dünən Gəncədə Milli Qəhrəman Surət Hüseynovla görüşümüz oldu. Hadisə yerində olduq. Bu gün də biz orada işimizi davam etdirməliydik. Fövqəladə iclas çağılırıldığına görə, işimizi müvəqqəti dayandırıb Bakıya qayıtdıq. Belə hesab edirəm ki, deputatlardan kim arzu edərsə, o gedə bilər. Amma deputat istintaq komissiyası var. Əgər Məclis işini bu gün tamamlasa, biz bu gündən oraya qayıdıb işimizi davam etdirəcəyik.

TAMERLAN QARAYEV: Deputat Qazıyev.

RƏHİM QAZIYEV: Bu təklifdən sonra mən öz təklifimi geri götürürəm. Gedirlər getsinlər. Mənim təklifim ətrafında müzakirə lazım deyil.

ARİF RƏHİMZADƏ: Mən hesab edirəm, madam ki, söhbət vəziyyəti öyrənməkdən və konkret təkliflər verməklə vəziyyətdən çıxış yolu axtarmaqdan gedir, bu təşəbbüsü Heydər Əliyev öz üzərinə götürübsə, onun təklifi olsa, kim isə onunla gedə bilər. Bu, Heydər Əliyevin öz təşəbbüsüdür. Mən hesab edirəm ki, başqa bir qrupun onunla getməsi düzgün olmaz. Lazım gəlsə, biz sonra da gedə bilərik. Gəlin bu məsələləri qarışdırmayaq.

YAŞAR ƏLİYEV: Mən burada çıxış edənlərlə tam razıyam. Birinci çıxışımda demişdim ki, bu böhrandan çıxış yolunu Heydər Əlirza oğlu öz üzərinə götürsə, ona mane olmaq lazım deyildir. Xalq arasında olan hörməti, nüfuzu böhrandan çıxış yolu üçün tapacağına tam zəmanət verir.

APARICI: 1993-cü il iyunun 13-də İsa Qəmbərovun istefasından sonra yeni sədrin seçilməsi məsələsi müzakirəyə qoyuldu. Lakin Heydər Əliyev öz uzaqgörənliyini və xalqın taleyi ilə yaşadığını bir daha təsdiqlədi ki, bu qayıdış vəzifə, kürsü həvəsindən deyil, Azərbaycanın sabahının nigaranlığından irəli gəlibdir. Dünənə qədər Surət Hüseynovun xofundan qorxuya düşən iqtidar nümayəndələri indi Heydər Əliyevə qoşulub Gəncəyə getmək təklifi irəli sürürdülər. Onlar Heydər Əliyevin kölgəsində hakimiyyəti saxlamaq ümidi ilə yaşayırdılar.

Milli Məclisin yarım saat çəkən iclasında Heydər Əliyev öz siyasi iradəsini, xalqın əvəzsiz lideri olduğunu bir daha sübut etdi. Bu çətin məqamda onun çiyinlərinə Azərbaycanı qardaş qırğınından, parçalanmaqdan xilas etmək məsuliyyəti düşmüşdü. Vaxtın, zamanın sonrakı axarında bu müdrikliyin, bu qayıdışın xalqın taleyində tarixi rolunu görəcəyik.

İyunun 13-də Heydər Əliyev Gəncəyə yola düşdü. Onun Gəncəyə gəlişi tarixi hadisə idi. Qədim Gəncə onu ümidgahı kimi qarşıladı. Tarixin bu ağır məqamında elə uğurlu gedişlər tələb olunurdu ki, qardaş qırğınına səsləyən qızışdırıcı qarşıdurmalara, çağırışlara son qoyulsun. Uzun illərin təcrübəsi, xalq arasındakı böyük nüfuzu, uzaqgörənliyi siyasi liderə qətiyyətli addımlar atmağa əsas verirdi. Xalq inanırdı və əmin idi ki, bu qayıdış Azərbaycanın sabahkı taleyini müəyyənləşdirir.

Hadisələrlə tanışlıq, havalanmış surətçilərin hikkəsinin cilovlanması Azərbaycanı parçalanmqdan, bir dövlət kimi məhv olmaqdan xilas edilməsi demək idi.

MAİS MƏMMƏDOV\Rusiya televiziyasinin azərbaycan üzrə müxbiri\: Qarşılıqlı anlaşma üçün hər hansı bir yol varmı?

HEDƏR ƏLİYEV: İndi onu demək çox çətindir. Çox çətindir.Vəziyyət olduqca mürəkkəbdir. Ən başlıcası odur ki, obyektiv təhqiqat aparmaq üçün indiyədək şərait olmayıbdır. Çünki çinayət törətmiş adamlar cinayətlərin açılmaması üçün tədbirlər görmüşlər. Ona görə də indi burada fəziyyət son dərəcə gərgindir, ağırdır. Biz bu istiqamətdə işləyirik.

ƏHMƏD İSAYEV\jurnalist\: Artıq özləri də hiss etdilər ki, bu dövləti idarə edə bilmirlər. Respublikamızdakı vəziyyət hamıya bəllidir. Ölkəmizdə xaos yaranmışdı. Gəncə hadisələrinə bənzər bir hadisə haradasa olmalı idi. Bu ocaq alovlanmalı idi.

Azərbaycanda çaşqınlıq içərisində olduğumuz bir dövrdə ilk ağıllı qərarı Naxçıvandan Heydər Əliyev dedi. Hadisə iyunun 4-də olub. Iyunun 5-də artıq Naxçıvanda Heydər Əliyevin sədr olduğu Milli Məclis Gəncə hadisələrinə siyasi qiymət verdi, onun yatırılmasının vacibliyini vurğuladı. Heydər Əliyevin bu hadisələr barədə bəyanatı Gəncədə, inanın ki, ildırım kimi çaxdı. Hiss etdik ki, bu ölkənin sahibi var. Urəyimiz bir xeyli sakitləşdi.

Sonra Heydər Əliyev Bakıya gəldi. Milli Məclisdə oldu və o vaxtkı iqtidar özü məcbur olub ölkənin idarəçiliyini ona tapşırmaq qərarına gəldi.

Cənab Heydər Əliyev Gəncəyə gəldi. Əlbəttə, heç birimiz evdə otura bilməzdik, mən və bir qəzetin əməkdaşı adamlarla birgə Heydər Əliyevlə sahələrə baxırdıq.

İnanın ki, 4 tərəfdən güllələr atılırdı, kim kimə atır, niyə atır, dövlət tərəfi hansılardır, Surətçilər hansılardır - bilinmirdi. Buna baxmayaraq, Heydər Əliyev döyüş getmiş bütün sahələri gəzdi, hər yerə baxdı, hamı ilə söhbət etdi, elə oradaca Rusiya televiziyasının müxbiri Mais Məmmədova müsahibə verdi, öz sözünü dedi. Hətta o anlar o qədər agır idi ki, müşayiət edən adamlar Heydər Əliyevə deyirdilər ki, oraya getməyin, bu iş ola bilər, buraya getməyin, başqa iş ola bilər və sair. Heydər Əliyev isə bu sözlərə əhəmiyyət vermədən bütün sahələrə baxmaq istəyirdi. Hətta sahələrdən birinə yaxınlaşanda güllələr açıldı. Bu atəşlərə də Heydər Əliyev çox soyuqqanlı münasibət göstərdi.

Biz orada Heydər Əliyevin gözlərindəki ifadədən hiss edirdik ki, o, 10 il qabağa baxır: hansı yükün altına girir, sağda, solda hansı qüvvələr dayanıb, ermənilər də o biri tərəfdən hərəkətdədirlər. Daxili müxalifət qan-qan deyir. Az qala dörd tərəfdən alışıb yanan ölkəni xilas etmək lazım idi. Ölkənin xilası isə buradan başlanmalı idi.

Xalqın müxtəlif təbəqələri Heydər Əliyevdən təkidlə ikinci dəfə hakimiyyətə gəlməsini tələb edirdilər. Mən hesab edirəm ki, Gəncə hadisələri baş verməsəydi, bəlkə də, Heydər Əliyev hakimiyyətə gəlməkdə bir qədər tərəddüd edərdi. Amma Gəncə hadisələrindən sonra yəqin etdi ki, hakimiyyətə gəlməsə, Azərbaycanı məhv olmaq təhlükəsi gözləyir. Bu qərara Heydər Əliyev məhz Gəncədə gəldi.

Cəbhə- müsavat cütlüyü çağırılmamış qonaq kimi hakimiyyətə necə gəlmişdisə, eləcə də sivişib getdi. Gördülər ki, Heydər Əliyev dühasının qarşısında tab gətirmək onların işi deyildir. Nə yaxşı ki, belə bir vaxtda Heydər Əliyev ölkəni böhrandan çıxarmaq məsuliyyətini öz üzərinə götürdü. Subut etdi ki, heç bir qüvvə Azərbaycanın müstəqilliyinə zərbə vura bilməz, Heydər Əliyev iradəsini sarsıda bilməz. Müstəqil Azərbaycanın yolu halal-hümmət yoludur. Mənə belə gəlir ki, Azərbaycanın qurtuluşu 4 iyun Gəncə hadisələri dövründə Heydər Əliyevin çıxardığı qərardan başlandı.

RAYA MƏMMƏDOVA\həkim\: O dövrdə siyasi durum çətin idi. Gəncə camaatı arasında çaşbaşlıq yaranmışdı. İnsanlar düzgün yol seçə bilmirdilər. Uzaqgörən bir lider lazım idi ki, Danko kimi qabağa düşsün, insanların yolunu işıqlandırsın. Belə bir lider uşaqdan böyüyə qədər hamının sevdiyi Heydər Əliyev idi.

Dövlətimizin başçısının Gəncəyə gəlişi mənim yadımdadır. Onun Gəncəyə gəlişini televiziya ilə də göstərdilər. Heydər Əliyev sadə insanların arasında gəzərək, onlarla söhbət etdi. Onun gəlişi azmış adamları yoluna qaytardı. İnsanlar düz yol seçdilər.

ATAKİŞİ CƏFƏROV: Xalq öz müstəqilliyini cənab Hedər Əliyevin Bakıya gəldiyi gündən hiss etməyə başladı. Əhali hər addımda başa düşdü ki, artıq ölkə idarə olunur, onun rəhbəri var. Mən bütün məsuliyyətimlə deyirəm ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Gəncə hadisələri ölkəmizi bürüyəcəkdi. Qardaş qırğını, vətəndaş müharibəsi törənəcəkdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün bunlara son qoydu.

NUHƏLİ KƏRİMOV\jurnalist\: O vaxt Azərbaycanın ziyalıları, siyasət adamlarının çoxu, ümumiyyətlə, xalqin böyük əksəriyyəti ölkəmizdəki böhranlı vəziyyətdən çıxış yollarını axtarırdı: bu təlatümdən Azərbaycanı kim xilas edə bilər? Hamı bu barədə düşünürdü. Belə bir anda xalq səhv etmədi. Xalqın böyk əksəriyyəti, demək olar ki, bütün ictimaiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Hamı nicat yolunu yalnız bunda görürdü.

Heydər Əliyev xalqın arzusunu yerinə yetirdi. Bu qayıdış həm də Heydər Əliyevin Azərbaycana, doğma xalqına məhəbbətindən irəli gəlirdi.

KARLEN ABBASOV\ həkim \: Həmin vaxt Azərbaycan parçalanmaq üzrə idi. Belə bir vaxtda Heydər Əliyev Azərbaycana başçılıq etməyə razılıq verdi. Bu, ölkəmizin xilası demək idi. Cənab Heydər Əliyevin qayıdışı ilə respulikamızın bütün sahələrində dirçəliş başlandı. Sumqayıtın bütün səhiyyə işçiləri o zaman xalqimizla birlikdə bu qayıdışı vrəkdən alqışlamışdıq.

AYGÜN ZÜLFÜQAROVA \jurnalist\: 1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələr Heydər Əliyevin müdrikliyinə ehtiyac olduğunu bir daha sübut etdi. Heydər Əliyevin haimiyyətə ikinci qayıdışından sonra Azərbaycan özünün siyasi sabitlik dövrünə, iqtisadi inkişaf yoluna qədəm qoydu. Heydər Əliyevin öz xalqına, vətəninə hədsiz məhəbbətini illər ötdükcə biz daha dərindən hiss edirik.

Azərbaycan gəncliyi son illər böyük qayğı ilə əhatə olunmuşdur. 1996-cı ildə gənclərin birinci forumunun çağırılması, 1999- ildə isə gənclərin ikinci forumunun keçirilməsi, həmin forumlarda dövlətimizin başçısı Heydər Əliyevin iştirakı və nitqləri ğənclərimizin gələcək fəaliyyətinin istiqamətini müəyyənləşdirdi.

Bu gün Azərbaycanın istər iqtisadi, istərsə də ictimai-siyasi həyatında gənclərin rolu danılmazdır. Eyni zamanda, biz gənclər prezidentimizdən böyük diqqət və qayğı görürük. Çalışırıq ki, biz bu diqqətə, etimada layiq olaq.

ANAR MƏMMƏDOV \müəllim\: Heydər Əliyev ikinci qayıdışında gördüyü işlərlə bir daha sübut etdi ki, yenilməz siyasətçidir. Öz qüdrətini bütün dünyaya göstərdi. Heydər Əliyev Azərbaycana Prezident olandan sonra ölkəmizi dağılmaqdan xilas etdi. Ona görə də biz dövlətimizin başçısına xilaskar kimi baxırıq. Arzu etməzdim ki, 4 iyun hadisələri bir daha baş versin.

MEHPARƏ HACIYEVA\müəllim\: 4 iyun hadisələri Gəncənin həyatında çox ağır bir dövr idi. Hər yerdən qan qoxusu gəlirdi, vətəndaş müharibəsi təhlükəsi duyulurdu. Xalqi belə vəziyyətdən çıxarmaq üçün böyük müdriklik tələb olunurdu. Belə müdrik şəxsiyyət də gəldi.

Ümumiyyətlə, cənab Heydər Əliyev Azərbaycan tarixinin kəhkəşanında ən parlaq ulduzlardandır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, birincisi, Azərbaycan vətəndaş müharibəsindən, qardaş qarşıdurmasından qurtarmış oldu. Ikinci, ölkəmizdə iqtisadi inkişaf başladı, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.

Cənab Heydər Əliyev göstərdi ki, hər hansı bir məsələnin həllində şəxsiyyətin nüfuzunun çox böyük əhəmiyyəti var.

DƏMİR QURBANLI \jurnalist\: Heydər Əliyev çox sağ olsun ki, həmin ağır günlərdə doğma xalqının sözünü yerə salmadı, yenidən hakimiyyətə qayıtdı. Ölkəmizdə baş verən xaosun qarşısını aldı, Azərbaycanı məhv olmaqdan qurtardı, hər şey öz axarına düşdü. Biz əminik ki, indi heç kim Azərbaycanda ictimai-siyası sabitliyi poza bilməz. Çünki ölkəmizin rəhbəri Heydər Əliyevdir.

HÜSEYN BUDAQOV \fəlsəfə elmləri namizədi\: XX əsrin ən böyük dahisi Heydər Əliyevdir. Heydər Əliyev şəxsiyyəti fenomendir. Bəziləri vəziyyətə obyektiv qiymət vermək əvəzinə, belə hesab edirlər ki, indiki dövdrə Azərbaycanın xarici siyasəti çox uğurla aparılır, daxildə isə problemlər çoxdur. Bu, dolayısı ilə gerçəkliyimizə, siyasi reallığımıza verilən ikimənalı, qərəzli, prinsipsiz bir qiymətdir. Əslində, son 10 ildə dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, dünyaya inteqrasiyası Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Bəlkə də Heydər Əliyevin son 10 ildəki fəaliyyəti, onun əvvəlki 22 illik fəaliyyətindən bizim üçün daha əhəmiyyətlidir. Çünki o zaman qatara qoşulmuş vaqonlar kimi, 15 respublikanın içərisində biz də gedirdik.

Bu günlərdə Bakıda keçirilən Beynəlxalq forumda hörmətli İlham Əliyevin bir fikri mənim çox xoşuma gəldi. İlham Əliyev vurğuladı ki, Azərbaycan neftdən asılı olmayan bir ölkə kimi tanınmalıdır. Doğurdan da, Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar bunu bir daha sübut etdi.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO