Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

1999-CU IL IYUNUN 4-DƏ MINSK ŞƏHƏRINDƏ KEÇIRILMIŞ MDB HÖKUMƏT BAŞÇILARI ŞURASININ ICLASI ZAMANI IMZALANMIŞ "İXTIRALARIN HÜQUQI MÜHAFIZƏSI SAHƏSINDƏ DÖVLƏTLƏRARASISIRLƏRIN QORUNMASININ QARŞILIQLI TƏMIN EDILMƏSI HAQQINDA SAZIŞ"IN TƏSDIQ EDILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 1999-cu il iyunun 4-də Minsk şəhərində keçirilmiş MDB Hökumət Başçıları Şurasının iclası zamanı imzalanmış "İxtiraların hüquqi mühafizəsi sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedur qaydalarının yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

27 sentyabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin