RƏSMİ SƏNƏDLƏR


“1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “1999-cu il 4 iyun tarixli ixtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Saziş”in qüvvədən düşməsi barədə” Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 sentyabr 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri